main-post-cover

    Yenilənmiş iMac-ın ilk məlumatları sızdırılıb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Amerikanın məşhur Best Buy mağazasının saytında "Apple”ın monobloklu kompüteri olan iMac-ın yeni modeli haqqında məlumatlar ortaya çıxıb. Yenilənmiş 27 inç ekranlı iMac Retina 5K, Intel Core i7 (7-ci nəsil) prosessorları ilə təchiz olunacaq. Həmçinin kompüter 32 GB RAM və 2 TB Fusion Drive yaddaş həcminə sahib olacaq. "Technote.az”ın "Ferra.ru”a istinadən verdiyi xəbərə əsasən cihazın qrafik sistemi AMD Radeon M9 M380-dən ibarət olacaq. Nəzərə alsaq ki, indiki iMac-larda qrafik sistem GPU M395-dir, yeni iMac modellərində bu cür dəyişkənlik bir qədər qəribədir. Əvvəlki şaiyələrə əsasən "Apple” bu ilin Oktyabr ayı ərzində iMac-ı və MacBook Pro-nu yeniləməlidir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər