main-post-cover

    Yenilənmiş Samsung Galaxy A3 (2017) Ortaya çıxdı!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    2017 model Galaxy A5 və Galaxy A7 modellərinin ortaya çıxmasından sonra indi də ən kiçik model olan Galaxy A3, GFXBench-də görüntüləndi. "Technote.az" olaraq yeni Galaxy A3 modeli haqqında məlumatları sizlərin diqqətinizə çatdırırıq. 

    Galaxy A seriyasının təkrar yeniləmə ərəfəsində olan "Samsung", 2017 modellərini təqdim etməyə hazırlaşır.GFBench-də paylaşılan məlumatlara görə 4.7 inç ölçüsündə ekranda 720p HD keyfiyyətə sahib cihaz, gücünü 1.5 GHz 8 nüvəli prosessordan alır.

    Telefon 2 GB RAM həcmi ilə yanaşı 8 GB daxili yaddaş, 12 MP arxa, 8 MP qabaq kameraAndroid Marshmallow əməliyyat sistemi ilə işləyəcək.
    Bu parametrlərlə telefonun, seriyanın ən kiçik telefonu olduğu kimi təchizatının da ən aşağı model olacağını deyə bilərik. Beləki, günümüzdə istifadəçilərə 8 GB daxili yaddaşın kifayət edib-etməyəcəyi maraqlıdır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər