Yer kürəsinə bənzər daha bir planet kəşf edilib

Yer kürəsinə bənzər daha bir planet kəşf edilib

08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Astronomlar çəkisi və ölçüsü Yer kürəsinə bənzəyən yeni planet kəşf ediblər. Həmin planet Günəş sisteminə yaxın yerləşir. Orda temperaturun yüksək olmasından həyatın var olması qeyri-mümkündür. Lakin buna baxmayaraq planetdə atmosfer ola bilər. Yeni kəşf Massaçusets Texnologiya Universitetinin alimləri tərəfindən Çili-dəki MEarth-South rəsədxanasının köməyi ilə ediblər. Verilən məlumatda bildirilib ki, dəmir və qaya relyefindən ibarət olan yeni planet GJ1132b adlandırılıb. O Yer kürəsindən 39 işıq ili uzaqlığında yerləşir. GJ1132b planetinin diametri 15.000 kilometr (Yer kürəsindən 20% böyük), çəkisi isə Yer kürəsindən 1.6 dəfə çoxdur. Kəşf olunmuş yeni ekzoplanet qırmızı cırtdan planet ətrafında qısa məsafədə fırlanır. Buna görədə o Yer kürəsindən fərqli olaraq 19 dəfə çox süalanmaya məruz qalır və səthindəki temperatur 227 dərəcəyə çatır. Belə temperaturda su maye halında qala bilmədiyindən GJ1132b planetində həyat qeyri-mümkündür. Lakin buna baxmayaraq daha əvvəllər kəşf olunmuş qaya relyefinə malik olan planetlərdən fərqli olaraq GJ1132b daha soyuqdur. Beləki daha əvvəllər kəşf edilmiş qaya relyefinə malik planetlərin temperaturu 2000 dərəcəyə çatmış hətda həmin rəqəmi keçmişdir. Alimlərin fikrincə GJ1132b planeti hidrogen və heliumdan ibarət sıx atmosferə malikdir. Əgər nə vaxtsa planetin səthində su olubsa deməli onun atmosferində oksigen və karbon 4-oksid qazları aşkar ediləcək. Yeni ekzoplanetin müşahidəsi üçün həmçinin James Webb Space Telescope kimi yeni nəsil texnologiyalardan istifadə ediləcək. Sözügedən teleskop Habbl teleskopundan qat-qat güclüdür. James Webb Space Telescope-un işə başlaması 2018-ci ilə planlaşdırılır. Həmin teleskopun köməyi ilə alimlər GJ1132b planetinin atmosferi haqqında daha çox məlumat ala biləcəklər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


3 yeni planet kəşf olundu

Qətər elm adamlarının araşdırmalarının nəticəsində 3 yeni planet kəşf olundu. Qətər rəsmi x..


Dünya 'nın yaranması ilə bağlı yeni nəzəriyyə ortaya atılıb!

Dünya’nın yaranması ilə bağlı UCLA Universiteti’ndən olan araşdırmaçılar yeni bir dəlil ortaya..


CİA illərdir gizlətdiyi UNO sənədlərini ortaya çıxardı!

İllərdir yadplanetlilər varmı, yoxmu mövzusunda minlərlə yazı yazıldı, araşdırma edildi. Minlərc..


Elm adamları Asteroidin planetimizlə toqquşmamasının yollarını axtarır!

Bundan milyonlarla il əvvəl 10 km böyüklüyündə bir asteroidin planetimizlə toqquşması zamanı dinoza..


Tarixin 7 ən sirli fotosu!

Texnologiya inkişaf etdikcə onun imkanları daha da genişlənir. Texnologiyanın yaranma tarixi yoxdur...


İnsan beyni ilə işləyən çip hazırlanır!

Çinlilər texnologiya ilə bərabər artıq elm sahəsində də uğurlu addımlar atırlar. Hangcou elm və t..

×