main-post-cover

    Yer kürəsinə bənzəyən planet həyat üçün əlverişsizdir

    07.05.2017
    Farid Pardashunas
    Adətən qırmızı cırtdan planetlər ətrafında fırlanan ekzoplanetlərdə həyatın varolma şansı çox kiçikdir. Astronomlar Yer kürəsinə bənzəyən və ulduzunun ətrafında fırlanan ekzoplanetlərin olduğu 13 ulduzu müşahidə ediblər. Onların fotometrik aktivlik indeksi, rentgen diapazonunda işıqlanmaları, şüalanma enerjisi, kütlələrinin itirilmə sürəti müşahidə edilmişdir. Həmçinin Kepler-438 adlı qırmızı cırtdan planet də müşahidə olunmuşdur. Onun ətrafında Yer kürəsinə daha çox oxşar olan ekzoplanet Kepler-438b fırlanır. Məlum oldu ki, Kepler-438 ulduzunda mütamadi olaraq güclü şüalanmalar baş verir. Bu zaman isə plazma tullantıları olur. Astronomların 4 illik müşahidəsi zamanı 7 belə şüalanma aşkarlanmışdır. Bu şüalanmaların hər birinin enerjisi Günəşdə baş verən ən güclü şüalanmadan daha böyükdür. Kepler-438b planetinin ulduza yaxın məsafədə yerləşdiyindən (Yer kürəsinin Günəşə yaxın olmasından 6 dəfə daha yaxın) bu cür plazma tullantıları planetin səthini ultrabənövşəyi və rentgen şüalarının köməyi ilə yandıraraq onun atmosferini məhv edir. Nəticə etibarı ilə sözügedən ekzoplanet həyat üçün əlverişsizdir. Şüalanmanın neqativ effektləri maqnitosferin (maqnitosfer planetin atmosferini elektrikləşdirilmiş hissəciklər axınından qoruyur) köməyi ilə nisbətən zərərsizləşdirilə bilər. Lakin astoronomlarda bu haqda hələki heç bir məlumat yoxdur. 
    Linki kopyala