main-post-cover

    Yer kürəsinin dayanması nəticəsində nə baş verəcək?

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Əgər Yer kürəsi öz oxu ətrafında fırlanmağı dayandırsa planetdə həyatın var olmağı qeyri-mümkün olacaq. Yer kürəsi qərbdən şərqə doğru ekvator boyunca 1674.365 km/s sürətlə fırlanır. Tech İnsider online jurnalı həmin fırlanmanın dayanacağı nəticəsində nələrin baş verəcəyinə aid video təqdim edib. Bu hal baş verərsə planetdəki bütün obyektlər 1500 km/s sürətlə hərəkət etməyə başlayacaq. Böyük sunamilər yaradacaq güclü küləklər əmələ gələcək. Sutkalar bir ilə kimi uzanacaq. Birinci 6 ay ərzində Günəş dayanmadan planetimizi işıqlandıracaq. Bu cür yüksək temperaturda və quraqlıqda sağ qalmağı bacaraq canlılar növbəti 6 ay ərzində qaranlığa qərq olaraq soyuq iqlimdə yaşamağa məcbur qalacaqlar. Qravitasiya gücünün təsiri nəticəsində okeanlar qütblərə çəkiləcək. Quraqlıq yerlər isə ekvator boyunca yerləşəcək. Sonda isə sağ qalmış canlılar Günəş radiasiyası nəticəsində məhv olacaqlar.

    Linki kopyala