main-post-cover

    Yer kürəsinin nüvəsi haqqında maraqlı fakt

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Fiziklər öyrəniblər ki, Yer kürəsinin nüvəsi onun səthindən 2.5 il daha cavandır. Başqa sözlə desək nüvə planetin xarici laylarından fərqli olaraq daha gec qocalır. Bu qravitasiya və onun maraqlı xüsusiyyəti olan zaman-məkan axınını yavaşlatmağın hesabına baş verir. Onu da qeyd etmək lazımdır ki, nüvə ilə səth arasında olan bu cür yaş fərqi əvvəllər düşünüldüyündən daha əhəmiyyətlidir. Bu nəzəriyyəni ilk dəfə amerikalı fizik Richard Feynman 1960-cı illərdə irəli sürmüşdü. O bildirmişdi ki, Yer kürəsinin mərkəzi çox böyük ehtimal ilə onun səthindən daha cavan olacaq. Həmçinin bu cür fikir Eynşteynin nisbilik nəzəriyyəsi ilə də uyğunlaşırdı. Yəni başqa sözlə desək əgər saat böyük qravitasiya kütləli obyektin yanında olarsa onda onun əqrəbləri daha ləng şəkildə hərəkət edəcəklər. Həmin vaxtda Feynman bildirirdi ki, nüvə ilə planetin səthi arasındakı yaş fərqi "1-2 gün" olacaq. Təəccüblüsü ondadır ki, bu hesablamaları yoxlamağa heç kim cürət etməmişdi. Daha bir maraqlı fakt ondan ibarətdir ki, "1-2 gün" ifadəsi o qədər məşhurlaşmışdı ki, hətda Feynmandan sonra belə digər alimlər tərəfindən istifadə edildi və bir çox fizika kitablarında çap olundu. Daha dəqiq yaş fərqini isə danimarkalı fiziklər müəyyən ediblər. Çətin olmayan hesablamalar nəticəsində onlar öyrəniblər ki, planetin nüvəsi ilə səthi arasındakı dəqiq yaş fərqi 2.5 ildir. Tədqiqatçılar qeyd ediblər ki, onların Feynmanın nüfuzuna xələl gətirmək kimi bir fikirləri olmayıb. Onlar sadəcə olaraq daha dəqiq araşdırmasız irəli sürülən nəzəriyyələrin dəqiq məna vermədiyini sübut etmək istəyiblər. "Alimlər öz hesablamalarının digər tərəfdaşları tərəfindən təsdiqlənməsinə müəyyən dərəcədə güvənməlidirlər. Çox zaman elə olur ki, hansısa məşhur alim öz kəşfini bəyan edir və digərləri həmin kəşfi dəqiq bir fakt kimi qəbul edirlər. Buna misal olaraq Yer kürəsi nüvəsinin yaşı haqqında nəzəriyyəni gətirmək olar" - deyə tədqiqatçılar bildiriblər. Danimarkalı fiziklərin fikrincə Feynman (Feynman öz hesablamarından başqa digərlərini inkar edirdi) öz səhvinin düzəldilməsinə görə şad olardı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər