main-post-cover

    Yer kürəsi atmosferindəki oksigenin azalmasında səbəb nədir?

    07.05.2017
    Farid Pardashunas

    Son 800.000 il ərzində Yer kürəsinin atmosferindəki oksigen səviyyəsi 1% azalmışdır.

    Atmosferdə olan oksigen səviyyəsi bir başa təkamülə təsir edir. Müxtəlif geoloji dövrlərdə təbiət hadisələri nəticəsində oksigen səviyyəsi dəyişmişdir. Bu da öz növbəsində ekosistemin dəyişikliyinə təsirini göstərirdi. Məsələn 300 milyon il bundan öncə atmosferdəki oksigenin səviyyəsi 35% təşkil edirdi. Bu şərait isə böyük ölçülü canlılar üçün əla mühit idi. "Technote.az"ın "Nat-geo.ru"a istinadən verdiyi xəbərə əsasən indiki dövrdə atmosferdəki oksigen səviyyəsi 20.9% təşkil edir. Bu isə 800 milyon il bundan öncəki göstəricidən 0.7% azdır. Sözügedən məlumatlar Prinston Universitetinin geokimyaçılarının QrenlandiyaAntarktidadakı buz nümunələrini araşdırdıqdan sonra ortaya çıxıb. Mütəxəssislər keçmiş dövrdə yaranmış buzlaqları müşahidə ediblər. Donan zaman su hava qabarcıqlarını özündə saxlayır. Onların analizi isə atmosferdəki oksigen səviyyəsinin müəyyən edilməsində böyük rol oynayır.
    Alimlərin bildirdiklərinə görə həyəcanlanmaq üçün hələ heç bir əsas yoxdur. Oksigen səviyyəsinin azalması ekosistemə ciddi təsir etməsi üçün cüzidir. Əsas vacib olan bunun səbəbidir. Səbəb isə hələki bəlli deyil. Atmosferdən oksigenin aktiv şəkildə udulmasının səbəbi buzlaqların hərəkəti ola bilər. Onlar hərəkət etdikcə oksigeni udan böyük orqanik cins sahələrinin açılmasına səbəb olurlar. Daha bir səbəb kimi isə dünya okeanları sularının soyumasıdır. Belə ki, orada yaşayan mikroorqanizmlər aşağı temperatur şəraitində aktiv olaraq oksigeni udurlar. Alimlər qeyd edirlər ki, sənaye inqilabı, böyük həcmdə yanacaqların yandırılması bu prosesə elə də böyük təsir etməyib. Dünya okean suları 15 milyon ildir ki, soyuyur və atmosferdəki oksigen səviyyəsi azalır. Bu proseslər insan faktorundan asılı olmayaraq baş verir. Bundan əlavə nəzəri olaraq atmosferdəki oksigen səviyyəsi azalanda karbon qazının səviyyəsi artmalıdır. Lakin onun səviyyəsi 800.000 il ərzində demək olar ki, dəyişməyib. Görünür planetdə hansısa təbiət prosesləri gedir. Həmin proseslər isə oksigen udulması hadisəsini oksigen ifrazından qat-qat sürətlə yerinə yetirir.
     
    Linki kopyala