Yer kürəsinə bənzəyən yeni ekzoplanet aşkar edilib (VİDEO)
07.05.2017
Farid Pardashunas
Astronomlar Yer kürəsinə bənzər daha bir ekzoplanet aşkar ediblər.
Yer kürəsindən 40 işıq ili uzaqlığında və qırmızı cırtdan
ulduzun ətrafında fırlanan ekzoplanet, Günəş sistemindən kənarda həyat axtarışı
üçün ideal vaiant ola bilər. Aşkar edilmiş yeni ekzoplanet, LHS 1140 ulduz
sistemində yerləşir. Sözügedən ekzoplanet, Yer kürəsindən daha böyükdür və çox
güman ki, öz atmosferinin böyük bir hissəsini qoruyub saxlayıb. "Bu ekzoplanet,
son 10 il ərzində gördüyüm ən maraqlı ekzoplanetdir. Biz hesab edirik ki, bu
planet Yer kürəsindən kənarda həyat varlığının sübutu üçün ideal variantdır” –
deyə tədqiqatçılardan biri qeyd edib. Astronomlar, sözügedən ekzoplanetin
yaşını 5 milyard il kimi qiymətləndirirlər. Onlar həmçinin müəyyən ediblər ki,
aşkar edilmiş yeni ekzoplanetin diametri Yer kürəsindən 1.5 dəfə, kütləsi
isə 7 dəfə böyükdür. Bu isə o deməkdir ki, yeni ekzoplanet daha yüksək sıxlıqa
sahibdir. Aşağıdakı videoda Yer kürəsindən yeni kəşf olunmuş ekzoplanetə ola
biləcək kosmik səyahət əks olunub.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək