main-post-cover

    Yeriyərkən telefon istifadə edənlərə Pul və Həbs Cəzası

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Küçədə yeriyərkən nə görürsünüz? Başı aşağı insanlar əlində telefon sizə hər an çiyin zərbəsi endirə bilər. Bundan əlavə bu insanların hansı qəzalara və bədbəxt hadisələrə səbəb olduqları haqqında məlumatınız varmı?

     

    Ağıllı telefonların həyatımızın parçasına çevrilməyi danılmaz faktdır. Lakin bəzən bu vəziyyət həddini aşır. Evdə, işdə, avtomobildə hətta ayaqyolunda belə mobil telefon istifadə edən insanlardan bəlkə də biri sizsiniz. Son zamanlar küçədə gəzərkən bir mənzərənin şahidi oluruq. Başı aşağı, gözü telefonda, qarşısına baxmadan hərəkət edən insanlar. Onlar sadəcə rəqəmsal asılılığın qurbanlarıdır.
     

    Sözü gedən insanlara qəribə cəza metodu ABŞ hökumətindən gələ bilər.


    Məlumatlara görə ölkədə mobil telefon istifadəsi zamanı yaranan diqqətsizlik ucbatından 11000 yaralanmaya səbəb olan qəza meydana gəlib. Bundan əlavə küçədə yeriyərək mobil telefon istifadə edən insanların digər piyadalara maneə olduqları və zərər verdikləri ortaya çıxıb. New Jersey əyalətində insanların çox olduğu küçələrdə yolda gedərkən telefon istifadəsinin illeqal olması planlaşdırırlır. Daha əvvəl başqa yerlərdə tətbiq olunan qadağalardan bunun əsas fərqi ondan ibarətdir ki, qadağaya görə qanunu pozan şəxslər 50 dollar pul cəzası ödəyəcək ya da 15 gün həbs cəzası çəkəcəklər.


    Yeriyərkən telefon istifadə etmək diqqətsizlik yaradır.


    Bu mövzuda açıqlama verən bələdiyyə məclisinin spikeri Pamela Lampitt, diqqəti yayınmış piyadaların eyni diqqətsiz sürücülər kimi ətrafda olanlara ziyan verdiyini qeyd edib. Sözün açığı Pamella Lampitt fikirlərində haqlıdır. Ölkəmizdə də bu problem sıx yaşanır. Baxaq görək New Jersey əyalətində bu qanun qüvvəyə minəcəkmi?
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər