Yerli istehsal mobil oyun, Azərbaycan, Türkiyə və Rusiya bazarında 2 milyon yüklənmə sayını keçdi

08.05.2017 0 PAYLAŞIM 6799 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

 
"Mobilla " tərəfindən hazırlanan "Yeni Milyonçu " oyunu Azərbaycan, Türkiyə və Rusiya bazarlarında toplam 2.000.000 yüklənmə sayını keçərək, gündəlik 100.000 aktiv istifadəçiyə çatdı.

Hamımıza yaxından tanış olan "Kim Milyonçu olmaq istəyir? " yaxud "Milyonçu " adı ilə tanıdığımız TV intellektual yarışması mobil platformalarda həvəskarları ilə görüşür. Bir müddətdir Azərbaycan bazarında kifayət qədər məşhurluq əldə etmiş "Yeni Milyonçu " oyunu, son statistika və məlumatlara görə Azərbaycan bazarından sonra Türkiyə və Rusiya bazarlarında istifadəçilər üçün təqdim olunub. "Mobilla " tərəfindən hazırlanan yerli oyunların hər 3 bazarda yüklənmə statistikası 2.000.000-u keçib. Şirkətdən alınan digər məlumata görə isə hal-hazırda oyunu gündəlik aktiv olaraq 100.000-dən çox insan istifadə edir.

İlkin olaraq Android platforması üçün 2000-dən çox sualın yer aldığı "Yeni Milyonçu " oyunu Azərbaycan bazarında təqdim olunmuşdu. Hal-hazırda isə oyun təqribən 500.000 oyunçu tərəfindən yüklənib. Potensial olaraq Türkiyə bazarını hədəf alan oyunun yaradıcıları, oyunun Türk dilli versiyasını da təqdim ediblər. Türkiyə bazarı üçün "Yeni Milyoner " adı altında təqdim olunan bu intellektual oyun, hədəf aldığı bazarda 1.000.000-dan çox yüklənib.

Azərbaycan və Türkiyə bazarında kifayət qədər uğur əldə edən oyunun hal-hazırki hədəf bazarılarından biri də Rusiya bazarıdır. Oyun "Новый Миллионер 2017 " adı ilə həm iOS, həm Android ƏS-ləri üçün artıq 3 aydır Rusiya bazarında sınaqdan keçirilir. Hal-hazır ki, statistikalara görə oyunun yüklənmə sayı təkcə Rusiya bazarı üçün 500.000-dən çoxdur. 


Mobilla.biz - rəsmi saytında bütün ölkələr üçün "iOS " və "Android " ƏS-lərinə uyğun olaraq oyunların yükləmə linki yerləşdirilib. Əlavə olaraq şirkət, yerli və xarici bazar üçün "Riyazi Milyonçu ", "Dini Milyonçu ", "İngilis dili və Milyonçu ", "Milyonçu Sürücü " intellektual oyunlarını da təqdim edib.