main-post-cover

    Yerli oyun "Fatal Fight", Estoniya şirkəti "iTech Media Solutions" tərəfindən satın alındı!

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Fatal Fight,  Azərbaycan oyun bazarının inkişafında mühüm rol oynayacaq satışı həyata keçirdi.

    Toğrul Səməd və onun komandası tərəfindən ərsəyə gətirilmiş bu oyun, yerli oyunlar arasında ən çox yüklənmə sayına malik olan oyundur. Android platformasında təxminən 5 milyon yüklənməsi olan bu oyunun xarici oyunçular tərəfindən kifayət qədər sevildiyini bilirik. 
    Yerli oyun bazarımızın hələ yeni-yeni inkişaf etməyə başladığı bu dövrdə Fatal Fight-dan xoş xəbər gəldi. Beləki, təsisçisi Toğrul Səmədin Facebook sosial şəbəsində paylaşdığı məlumatda oyunun "iTech Media Solution" tərəfindən satın alındığını bildirib.
    2017-yə uğurlu başlayan komanda, bu satınalmanın məbləğini tam olaraq açıqlamasa da, redaksiyamıza daxil olan məlumata əsasən, bu razılaşma 3 illik potensial gəlir qarşılığında reallaşdırılıb. Əlavə olaraq qeyd edək ki, oyunun əsas pay hissəsi Toğrul Səmədə, digər hissələr isə Məmməd Ələkbərova məxsusdur.
    Artıq Android üçün Play Market-də yerləşən oyun iTech Media Solutions hesabına köçürülüb. Digər platformalarda olan hesablar da yaxın zamanlarda köçürüləcəkdir. 

    iTech Media Solutions şirkəti Estoniyada yaradılmış 10 ildən artıqdır bazarda fəaliyyət göstərən rəqəmsal marketinq agentliyidir. Şirkətin "Fatal Fight" oyununu satın almaqda məqsədi və digər detallarını hələ dəqiqləşdirə bilməsək də, kifayət qədər uğurlu sayılacaq bu satınalmanın hər iki tərəf üçün xeyirli olmasını arzu edirik.
     
    Linki kopyala