Yerli oyun "Fatal Fight", Estoniya şirkəti "iTech Media Solutions" tərəfindən satın alındı!
Digər
07.05.2017
Farid Pardashunas
Fatal Fight, Azərbaycan oyun bazarının inkişafında mühüm rol oynayacaq satışı həyata keçirdi.
Toğrul Səməd və onun komandası tərəfindən ərsəyə gətirilmiş bu oyun, yerli
oyunlar arasında ən çox yüklənmə sayına malik olan oyundur. Android platformasında təxminən 5 milyon yüklənməsi olan bu oyunun xarici oyunçular tərəfindən kifayət qədər
sevildiyini bilirik.
Yerli
oyun bazarımızın hələ yeni-yeni inkişaf etməyə başladığı bu dövrdə Fatal
Fight-dan xoş xəbər gəldi. Beləki, təsisçisi Toğrul Səmədin Facebook sosial şəbəsində paylaşdığı məlumatda oyunun "iTech Media Solution" tərəfindən satın alındığını bildirib.
2017-yə uğurlu başlayan komanda,
bu satınalmanın məbləğini tam olaraq açıqlamasa da, redaksiyamıza daxil
olan məlumata əsasən, bu razılaşma 3 illik potensial gəlir qarşılığında reallaşdırılıb. Əlavə olaraq qeyd edək ki, oyunun əsas pay hissəsi Toğrul Səmədə, digər hissələr isə Məmməd Ələkbərova məxsusdur.
Artıq Android üçün Play Market-də yerləşən oyun iTech Media Solutions hesabına köçürülüb. Digər platformalarda olan hesablar da yaxın zamanlarda köçürüləcəkdir.
iTech Media Solutions şirkəti Estoniyada yaradılmış 10 ildən artıqdır bazarda fəaliyyət
göstərən rəqəmsal marketinq agentliyidir. Şirkətin "Fatal Fight" oyununu satın
almaqda məqsədi və digər detallarını hələ dəqiqləşdirə bilməsək də, kifayət qədər
uğurlu sayılacaq bu satınalmanın hər iki tərəf üçün xeyirli olmasını arzu
edirik.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)