main-post-cover

    Yerli sosial şəbəkə Kvotter-in beta tətbiqi hazırdır!

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Oxuduğunuz kitablardan bəyəndiyiniz sitatları paylaşmaq üçün nəzərdə tutulmuş Kvotter mobil sosial şəbəkəsinin Android telefonları üçün BETA versiyası istifadəyə verilmişdir. Kvotter-in verdiyi məlumata əsasən, bu mərhələdə istifadəçilərə aşağıdakı əsas funksiyalar təqdim edilib;
    Sitat paylaşma funskiyası,


    Maraqlı insanları Follow etmək funksiyası,


    Maraqlı sitatları bəyənmə,


    Maraqlı sitatları rekvot (öz hesabına kopyalama),

    Verilmiş #tag-lər, yazarlar, kitab adları və istifadəçilərə görə axtarış etmə,


    Paylaşılan kitab məlumatlarının hesabda əlavəsi,

    Şəxsi məlumatların əlavəsi və s.

    Kvotter Beta hal-hazırda yalnız Android qurğuları üçün keçərlidir və tezliklə iOS versiyası da istifadəçilərə təqdim ediləcək. Hal-hazırkı, versiyada kitablardan çəkilmiş şəkillərin Skan edilməsi üçün istifadə edilən OCR proqramının dil limiti olduğundan İngilis və Latın əlifbası ilə yazılmış sitatların paylaşımı tövsiyyə olunur. Beta test zamanı toplanmış məlumatlar əsasında tətbiqin tam funksional versiyası istifadəyə verildikdə bütün çatışmamazlıqlar aradan qaldırılmaqla yanaşı, əlavə funksiyalar və sosial şəbəkənin Veb versiyası da təqdim ediləcək.
     
    Kvotter Azərbaycanlı gənc təşəbbüskarlar tərəfindən hazırlansa da qlobal bazarı hədəfləyir. Bundan öncə Yeni Fikir 2016SeedStars Baku müsabiqələrinin qalibi olmuş startap, Sentyabr ayında San-Fransisco-da keçiriləcək TechCrunch Disrupt tədbirində iştirak edərək, qlobal bazara çıxış üçün investorlar ilə görüşlər təşkil edəcək. Bundan başqa 2017-ci ilin Aprel ayında İsveçrədə keçiriləcək SeedStars World tədbirində Azərbaycanı təmsil edərək, 500 min dollar uğrunda mübarizə aparacaq. 

    Kvotter Beta-ya QOŞUL

    Linki kopyala