main-post-cover

    Yerli startap Owbike, ilk Beta versiyasının təqdimatını keçirir

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Sayt yaratma sistemi olan Owbike platforması nəhayət ki geniş auditoriya qarşısına çıxaraq təqdimat keçirir. 4 May tarixində Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində keçiriləcək olan «Owbike Beta Introduction» adlı tədbirdə lahiyə rəhbəri Həsənağa Azad, Beta versiyanı istifadəçilərə təqdim edəcəkdir. Tədbirə giriş yalnız dəvət əsasında olmasına baxmayaraq təqdimatı Youtube, rəsmi saytfacebook səhifəsi vasitəsi ilə canlı izləmək mümkün olacaqdır. Tədbirin bir hissəsinin yaranacaq olan sualların cavablandırması üçün ayrıldığına görə dəvət olunanlar əsasən ölkənin startup ekosisteminə aidiyyatı şəxslərdir. Tədbirdə iştrak etmək istəyənlər facebook səhifəsi vasitəsi ilə əlaqə saxlaya bilərlər. Qeyd edək ki Owbike bir sayt-yaratma sistemidir və məqsədi texniki biliyə sahib olmayan insanlar üçün sayt yaradılışını asanlaşdırmaqdır. Nümunə kimi qeyd edə bilərik, ki xarici bazarlarda Wix, Squarespace kimi bənzər sistemlər mövcuddur.
    Linki kopyala