main-post-cover

    Yerli "youtuber" Murad Həsənzadədən baxılması vacib olan 5 texnoloji icmal

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Son bir neçə aydır Azərbaycanda youtube sektorunun inkişafı açıq-aşkar görünür. Yeni yaranan biribirindən maraqlı kanallar müəyyən hədəf kütləyə xidmət edir. Hələ də bəzi problemlərin mövcud olmasına baxmayaraq işini sonuna qədər haqqı ilə görən "youtuber"lər də mövcuddur. Keçən həftə sizə qısa zaman ərzində məşhurlaşan və kifayət qədər izləyici toplamağı bacaran "ZehinX" haqqında məlumat vermişdik.
     
    Bu dəfə ki, məqaləmizdə sizlərə son aylarda youtubeda aktiv fəaliyyət göstərən və qısa zaman ərzində 2000 abunə sayına çatan Murad Həsənzadənin kanalı haqqında məlumat verəcəyik. Türk youtuberlərini türk dilində desək "aratmayan" Murad, kanalında texnoloji cihazların icmallarına xüsusi önəm verir. Sosial, əyləncə, səyahət və texniki videoların yayımlandığı bu kanalda hər həftə ən azı 2 video paylaşılır.
     
    Kanala abunə olmaq və videolarla tanış olmaq istəyənlər buraya daxil olub, dəyərləndirə bilərlər. Aşağıda isə sizə Murad Həsənzadənin kanalından seçdiyimiz 5 ən maraqlı texnoloji icmalı təqdim edirik:


    Linki kopyala