main-post-cover

    Yüksəksürətli sərnişin təyyarəsi Skreemr

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Yüksəksürətli Skreemr gələcəkdə sərnişin təyyarəsi ola bilər. Əgər onu istifadəyə versələr okean üzərindən uçuşlar çox qısa zamanda reallaşacaq. Hələki sözügedən proyekt yalnız kağız üzərində tərtib olunub. Kanadalı mühəndis və ixtiraçı Charles Bombardier dizayner Ray Mattison ilə birlikdə bu proyekti yaradıblar. Onlar elektromaqnit relslərin köməyi ilə 5000 km/saat sürətlə start götürməyə qadir təyyarənin proyektini hazırlayıblar. 5000 km/saat sürətə çatandan sonra Skreemr təyyarəsi maye oksigen üzərində qurulmuş raket mühərrikini işə salacaq. Lazımı yüksəkliyi və sürəti yığandan sonra səs sürətini arxada qoymağa imkan verən reaktiv hava mühərrikləri işə düşəcək. Qəbul olunan sıxılmış oksigeni və hidrogeni yandırmaqla bu mühərrik Skreemr təyyarəsini 12.500 km/saat sürətə çatdıra biləcək. 
     
    Skreemr proyektini reallaşdırmaq üçün bir sıra texniki problemlər mövcuddur. Münasib qiymətə sürəti yığan zaman ekstremal temperatura dözəcək material tapmaq çox çətin olacaq. Həmçinin hələ aydın deyil ki, bu cür sürət zamanı sərnişinlər orqanizmə təsir edəcək ağır yüklənməyə necə dözəcəklər. Buna baxmayaraq Bombardier əminliklə bildirib ki, Skreemr qitələrarası uçuşları yüksək sürətlə minimal vaxta həyata keçirdəcək təyyarə olacaq. O "Konkord" təyyarəsindən 5 dəfə daha sürətli hərəkət edəcək. Onun sözlərinə görə təyyarəyə 75 sərnişin rahat şəkildə yerləşə biləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər