YolYoldaşı "Sumqayıtdan gəlirik" layihəsinə start verir

YolYoldaşı "Sumqayıtdan gəlirik" layihəsinə start verir

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Sürücü və sərnişinlər arası vasitəçi olan YolYoldaşı servisi yeni «Sumqayıtdan gəlirik» layihəsini həyata keçirir. Məqsəd: müntəzəm olaraq Sumqayıt — Bakı marşrutu ilə hərəkət edən insanlara alternativ, rahat və eyni zamanda ucuz səyahət təklif etməkdir. Hal-hazırda Sumayıt — Bakı arası qatar, taksi sürücüləri kifayət qədər mövcud olsalar da onlar sərnişinlərə ev qapısından — iş qapısına bənzər xidmət təklif etməkdə çətinlik çəkirlər. Biz inanırıq ki, bu yolu gedən avtomobil sahibləri boş yerlərə sərnişin götürməklə həm öz xərclərini azalda, həm də sərnişinlərə daha rahat servis təklif etmiş olarlar.
YolYoldaşı - nın Sərnişinlər üçün üstünlükləri:

  • Sumqayıt-Bakı qatar, avtobuslarından fərqi olaraq avtobağzal, 20 Yanvara deyil, şəhərin istənilən nöqtələrinə gələ biləcəklər. Qısa olaraq qapıdan qapıya xidmət.
  • Sumqayıt — Bakı taksilərindən istifadə edərkən hər gün fərqli insanların avtomobilinə minməli olursunuz. YolYoldaşı ilə bəlli bir sürücü ilə gedib-gələcəksiniz. Sərnişinləri yaxından tanıyaraq daha təhlükəsiz və maraqlı səyahət sizi gözləyir.
  • Qiyməti eyni yolu gedən sürücü ilə razılaşacağınızdan taksidən daha sərfəli olacağına inanırıq.

YolYoldaşı - nın Sürücülər üçün üstünlükləri:


  • Sizdən tələb olunan öz hərəkət qrafikinizi yolyoldasi.com/sumqayit/yeniünvanına daxil olmaqla yeni səyahət olaraq əlavə etməkdir. Ondan sonra sərnişinlər özləri sizi tapacaqlar. Yəni 20 Yanvar dairəsində «Sumqayıta 1 manat çağırışı eləmək lazım deyil ;) „
  • Yanacağa sərf etdiyiniz məbləğı artıq sərnişinlərlə bölə bilərsiniz. Beləcə büdcənizə qanaət etmiş olacaqsınız.
  • Eyni zamanda şəxsi avtomobilinizdə hərəkət zövqünü davam etdirəcəksiniz!
  • Yollardakı sıxlığa səbəb olan taksi, avtobillərin azalmasına töhfə vermiş olacaqsınız.

Və daha nələr — nələr. Bütün bunlar yolyoldasi.com/sumqayit ünvanında


Onu da qeyd etmək yerinə düşər ki, YolYoldaşı "Sumqayıtdan gəlirik» kompaniyası ilə paralel digər istiqamətlərə olan səyahətlərin də qəbulunu davam edir. Azərbaycan və ya Gürcüstanı əhatə edən müntəzəm və ya müəyyən tarixdə olan səfərlərinizi sayta əlavə edə bilərsiniz.


Yeniliklərdən xəbərdan olmaq üçün Facebook səhifəmizi izləyin.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×