main-post-cover

    Yosunlardan alınmış enerji ilə mobil telefonları təmin etmək olacaq

    07.05.2017
    Farid Pardashunas
    Kanadalı alimlər yaşıl yosunlardan enerji əldə edə bilən texnologiya yaradıblar. Həmin enerjinin effektivliyi ilk öncə mobil və komputer cihazlarda yoxlanılacaq. Yaşıl yosunlar və yaxud sianobakteriyalar o növ bakteriyalardandır ki, fotosintez yolu ilə oksigen ifraz edirlər. İfraz olunan enerjinin yığılma texnologiyasını ilk dəfə Concordia universitetinin mühəndisləri təklif ediblər. Onlar tərəfindən yaradılmış cihaz katod, anod və dəyişkən proton membranından ibarətdir. Sianobakteriyalar anod olan hissəyə yerləşdirilir. Həmin bölmə elektrodları yığaraq xarici yığım bölməsinə ötürülür. İlk təcrübədə 993 mV (millivolt) gərginlik əldə edilib. Texnologiyanı təkmilləşdirəndən sonra yosunlar vasitəsilə komputer və smartfonları enerji ilə təmin etmək mümkün olacaq.
    Linki kopyala