Youtube bu il ərzində yayımlanan maraqlı videoları bir araya toplayaraq təqdim etdi (Video)

08.05.2017 0 PAYLAŞIM 5377 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Youtube-un ənənə halını alan ilin videolar toplusu Rewind 2016 yayımlandı.

Hər il Youtube tərəfindən həyata keçirilən müxtəlif videolardan ibarət Rewind bu il də 77 fərqli Youtube kanalında yer alan videoları birləşdirərək Rewind 2016-nı yayımladı.

2016-nı geridə qoymağımıza artıq çox qısa vaxt qalıb. Bu ilin ən yadda qalan video, musiqi, tədbir və reklamlarını bir araya toplayan Youtube, 2016-cı il üçün maraqlı məqamaları bir araya toplayaraq istifadəçilərə təqdim edib.

Rewind 2016 ilin ən məşhur videoları ilə başlanır. Videoda hətta bu ilə damğa vuran Pokemon Go oyununa da yer verilib. Bu ilin Youtube Rewind 2016 videolarında digər diqqət çəkən məqam Google telefonu olan Google Pixel-in bir neçə dəfə reklamda görüntülənməsidir. Həmçinin PewDiePie-in biləyində görüntülənən Huawei Watch da diqqətdən yayınmayıb. Belə görünür ki, Youtube-da texnoloji xəbərlər digərləri ilə müqayisədə daha çox izlənir. Bundan əlavə bu şirkətlər üçün çox yaxşı reklam anlamına gəlir.

YouTube-un hazırladığı YouTube Rewind:The Ultimate 2016 adlı videonu aşağıda izləyə bilərsiniz.