

Uzun müddətdir gündəmdə olan və May ayında təqdim edilən YouTube-un material dizaynı yavaş-yavaş istifadəçilər tərəfindən görülməyə başladı. YouTube bu dizaynla yeni bir simaya bürünür.
YouTube
dizaynı bir dəfə daha dəyişdi. Uzun müddətdir YouTube-un masaüstü tətbiqində eyni dizaynda qalmasına səy göstərən "Google”, May ayında elan etdiyi yeni material
dizayna keçməyə başladı.
Keçməyə başladı deyirik, çünki hələ bu yenilənməni almamış ola bilərsiniz. "Technote.az" "Shiftdelete"ə istinadən bildirir ki, uzun
müddətdir beta versiyada olan yeni dizayn, istifadəçilərə mərhələli olaraq təqdim
edilir.
Eynilə mobil tətbiqindəki kimi bölmələri olan YouTube, bu halı ilə olduqca gözəl
görünür. Görünüş olaraq gözəl olması əlbəttə kifayət deyil. Bugünə qədər masaüstü versiyasında sol menyu əksik görünürdü. İndi isə daha dolu və özəlləşdirməyə
açıq bir hala gəlir. Bu bölgəni istifadə edərək gələcəkdə özümüzə aid, çox daha
istifadəyə yararlı bir YouTube səhifəsi yarada bilərik. Bundan əlavə kanal səhifələrində
bir çox yeniliklər mövcuddur. Bunlar həqiqətən çox sadə amma gözə xoş gələn
yeniliklərdir. Kanal səhifələrindəki siyahılar genişlədilmiş və çox daha sadə bir hala gətirilmişdir. Aşağıdakı şəkilə baxaraq nə demək istədiyimizi anlaya bilərsiniz.
Facebook`un dizaynını necə dəyişmək olar?
Kanal loqosunun ön plana çıxması və kanal üçün seçilən rəngin son dərəcə gözə xoş gələn bir formada istifadə edilməsi, yeni dizaynın müsbət cəhətlərindəndir. Mobil dizayna çox yaxın olan bu dizayn YouTube-un simasını bir xeyli dəyişdirir.
Yeni material dizaynın bütün istifadəçilərə tam olaraq nə vaxt açılacağı isə hələki məlum deyil. İrəlidəki günlərdə, "Google”un bu yeniliklər üçün daha ətraflı bir açıqlamasının olacağını gözləyirik.
Şərh yoxdur