main-post-cover

    YouTube, "Facebook" və "Twitter"ə rəqib olacaq

    Digər
    07.05.2017
    Farid Pardashunas
    YouTube, bu ilin sonunadək sosial şəbəkəyə çevrilə bilər. Venture Beat-in verdiyi məlumata görə, YouTube, video paylaşımlardan başqa, foto, mətin və səsvermə kimi xüsusiyyətləri öz platformasına əlavə edə bilər. YouTube-un bu addımı "Facebook"un sürətlə böyüyən video xidmətinə cavab reaksiyası kimi dəyərləndirilə bilər.
    Xəbərə görə, Backstage (Kamera arxası) olaraq adlandırılan YouTube xidməti, istifadəçilərin videodan başqa digər məzmunları izləyiciləri ilə paylaşmasına xidmət edir. Backstage-in köməyi ilə YouTube-da, Facebook və Twitter-də olduğu kimi xəbər lenti öz əksini tapacaq.
    Bu yenilik bir növ YouTube üçün xəbər lenti rolunu oynayacaq. Abunəçilər, burda ediləcək paylaşımlarla əlaqədar bildirişlər ala biləcək və paylaşımları öz zaman tunellərində görə biləcəklər. Backstage-in paylaşılanları tərs xronoloji sırayla göstərməsi gözlənilir. Backstage digər sosial şəbəkələrlə rəqabət edəcək şəkildə düzəldilib və rəylərdən əlavə, yeni formatlar öz əksini tapıb. Backstage-də olması gözlənilən, tweet bənzəri mətin paylaşımları, bir mövzu ilə əlaqəli anketlər, kamera arxası fotolar və Backstage-ə aid xüsusi videolar, bloggerlər və izləyicilər arasında daha yaxın əlaqə qurmağa şərait yaradacaq. Bu yeniliyin yalnız prodüsserlərə deyil, istifadəçilərə də təqdim olunması gözlənilir. Videonun, sosial şəbəkələrdə önəm qazanması YouTube-un yeni addımlar atmasına şərait yaradıb. Youtube bu mövzu ilə əlaqəli hələ ki, rəsmi açıqlama verməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər