main-post-cover

    YouTube, ödənişli şərh funksiyasını işə saldı

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    YouTube videoservisi Super Chat funksiyasını təqdim etdi.

    Sözügedən funksiya, canlı yayımlar zamanı əlavə vəsait ödəməklə şərh yazmaq imkanını verir. YouTube-un verdiyi məlumata görə yeni funksiya, istifadəçilər ilə məzmun tərtibatçıları arasındakı ünsiyyəti yeni səviyyəyə çıxaracaq. İstənilən istifadəçi canlı yayım zamanı müəyyən miqdarda vəsait ödəməklə həmin canlı yayıma şərh yaza biləcək. Şərh xüsusi rəng ilə işarələnəcək və 5 saata qədər olan canlı yayımın çat hissəsinin yuxarısında müəyyən müddət qalacaq. YouTube komandasının fikrincə beləliklə istifadəçilər, canlı yayım aparanın diqqətini cəlb edə biləcəklər. Sözügedən funksiya hələki 12 ölkədə təqdim edilmişdir.
    Bu ölkələr Avstraliya, Braziliya, Kanada, Fransa, Almaniya, Hindistan, Yaponiya, Meksika, Cənubi Koreya, İspaniya, İngiltərə və ABŞ-dır. Şərhin qiyməti onun uzunluğundan, çalarından, şərhlər arasında qalma müddətindən və həmin şərhin hansı ölkədən yazıldığından asılı olacaq. Deməli, şərhin 5 saat ərzində top siyahıda qalması 500$-a başa gələcək. Dolların, valyuta sahəsindəki qiymətini nəzərə alaraq söyləmək olar ki, bu cür şərhlər Avropa  sakinlərinə baha başa gələcək. Qeyd olunub ki, ödənilən pul geri qaytarılmayacaq. Həmçinin Super Chat-da standart qaydalar tətbiq olunacaq. Yəni ödənişli olmasına baxmayaraq ədəbsiz və təhqiredici şərhlər pozulacaq. 31 Yanvar tarixində yeni funksiyanın aktiv olacağı ölkələrin saı 20-ə çatacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər