Youtube rəy bölümü üçün yeniliklər təqdim etdi

Youtube rəy bölümü üçün yeniliklər təqdim etdi

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

"Google"un sahib olduğu ən böyük platformalardan olan YouTube yeniliyə imza atıb. Artıq YouTube-da rəyləri idarə etmək daha asan olacaq.

YouTube bir çox xüsusiyyətlərinə görə ən böyük izləyici kütləsinə sahib platformadır. Belə ki, istər hər hansı mövzu haqda məlumat almaq, istərsə də paylaşdığınız videolarla pul qazanmaq istəsəniz YouTube bunun üçün ən əlverişli platformadır. Lakin son zamanlar FacebookTwitch-in video sahəsində rəqabəti YouTube üçün ciddi mənada risk daşımağa başlayıb.

Bir çoxları YouTube-da videolar paylaşır və digər istifadəçilər videolara öz rəyləri ilə münasibət bildirirlər. Belə olan halda bəzən hətta xoşagəlməz mübahisələr də diqqətdən yayınmır. YouTube bu mövzuda uzun illər heç bir dəyişiklik etməsə də artıq rəylərə yeniliklər əlavə olunub. Belə ki, artıq istifadəçilər YouTube videolarında yeni rəy yenilikləri ilə tanış ola biləcəklər. Yeni gələn yeniliyə görə artıq kanal sahibi rəyləri idarə edə biləcək. Hətta verilən məlumata görə YouTube-da yer alan videoların hər biri ayrı-ayrılıqda söhbət kanalı funksiyasını daşıyacaq. Bundan əlavə kanal sahibi bəyəndiyi rəyləri və açıqlamaları yuxarı hissəyə daşıya biləcək.


 

Əlavə olaraq kanal sahibi rəylərin altına xüsusi ürək işarəsi də qoya biləcək. Kanal sahibi rəylərinin daha asan nəzərə çarpması üçün öz rəylərinə rəng kodu əlavə edə biləcək. YouTube kanallarında videolarda rast gəlinən ən xoşagəlməz hallardan biri də təhqirlərdir, hansı ki, bundan sonra kanalı idarə edən şəxs artıq bəlli ifadələrin istifadəsinə qadağa qoya biləcək. Bundan əlavə kanal sahibi istədiyi istifadəçini moderator olaraq təyin edə bilər. Bu şəxslər rəylərə cavab verilməsində iştirak hüququ qazanmış olacaq. Ən yaxşı yeniliklərdən biri də kanal sahibinə rəyləri yoxladıqdan sonra ona yayım seçiminin verilməsidir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×