
YouTube-un mobil tətbiqetməsinə CANLI yayım etmə funksiyası gələcək.
Texnologiya
07.05.2017
Farid Pardashunas
Smartfonlarda artıq canlı yayım etmək dövrümüzdə dəb halını alıb. Periscope-un bu sahədə nə qədər irəli getdiyini görən Facebook və Google kimi şirkətlər də bu sahəyə özlərini çəkməyə başlayıblar. İlk olaraq hərəkətə keçən Facebook-dan sonra Google da bu mövzuda geridə qalmayıb.
YouTube-un rəsmi bloqundan edilən açıqlamaya görə YouTube, Android və iOS platformaları üçün tətbiqetməsinə canlı yayın dəstəyi gətirəcək. Quruluşuna görə YouTube-un bu yeniliyi Periscope-dan o qədərdə fərqlənmir. YouTube-un bu funksiyasında canlı yayıma keçmək üçün sadəcə olaraq video qeyd düyməsinə basmağınız kifayət edəcək. Videoda olan rəylər isə canlı yayımda balon formasında olacaq. Bu funksiya istfadəçilər üçün kiçik bir yeniləmə ilə aktiv vəziyyətə gətiriləcək.

Linki kopyala
Həftənin xəbərləri

