
Youtube\'da artıq pullu abunəlik dövrü başlayır!
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
YouTube platforması üzərindən təklif etdiyi videoları reklamsız izləmək üçün artıq abunəlik sistemi quracağı uzun müddət idi ki, haqqında danışılırdı. Artıq bu məsələyə aydınlıq gəlir. Oktyabr ayı sonundan etibarən video paylaşım platformasında reklam görmək istəməyənlər aylıq abunə haqqı ödəməli olacaqlar.
Re/code’nin verdiyi xəbərə görə videosu olan istifadəçilərə artıq xəbərdarlıq e-mailləri göndərilib və abunəlik sistemi 22 oktyabrdan etirabən ən azından video yerləşdirənlər üçün tətbiq ediləcək. Yəni normal ziyarətçilər bu sistemə qoşulmalı olacaqlarmı, hələlik bilinmir. Üstəlik ABŞ’dakı video sahibləri bu sistemə daxil olmaq istəməmələri halında onların videoları hər kəsə açıq olmayacaq və pul qazana bilməyəcəklər.
Abunəlik haqqı nə qədər olacaq?
YouTube’un abunəlik sisteminə daxil olmaq aylıq 10 dollar olacaq. Həmçinin bu qiymətə YouTube Music Key’ə də abunə olacaqsınız. Yəni belə demək mümkündürsə, 1 daşla 2 quş vuracaqsınız. Əgər bu qiymət ölkəmiz üçün də keçərli olacaqsa, onda ölkəmizdə YouTube’da reklam görmək istəməyənlərin nə qədər ödəcəyi sual altındadır.
Linki kopyala
Həftənin xəbərləri

