main-post-cover

    "YouTube"dan hər mahnı üçün 150.000 Dollar Cəza!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Spotify, Deezer və Apple Music xaricində illeqal yollar ilə MP3 yükləməyinizə vasitəçi olan saytlara yüklənilən hər musiqi üçün 150.000 dollar kimi yüksək bir məbləğ cərimə tələb olunur.

    Bildiyiniz kimi bir çox musiqi şirkəti öz tərkibində olan sənətçilərin musiqilərini YouTubebaşda olmaqla Spotify, DeezerApple Music kimi mənbələrdə paylaşırlar. Bəhs etdiyimiz mənbələrdən musiqi dinləmənin qanuni olmasında problem yoxdur, ancaq bildiyiniz kimi tonlarla YouTubedan MP3 yükləməyinizə yarayan saytlar var və bunlar çox sıx istifadə edilirlər.
    Artıq bu problemə son vermək istəyən musiqi şirkətləri isə YouTube-mp3.org başda olmaq üzrə bir çox bu tərz YouTube-dakı musiqi videolarını endirmək və mp3 olaraq yadda saxlamaq üçün istifadə edilən saytları məhkəməyə verirlər. İstənilən məbləğ isə olduqca ciddidir, beləki saytdan hər illeqal endirilən mahnı üçün 150.000 dollar kimi yüksək məbləğ tələb edilir.

    Səbəbi isə olduqca sadədir: hər YouTube məzmun istehsalçıları kimi bu firmalar da yüklədikləri videolardan pul qazanırlar. Musiqi videolarının hər birinin milyonlarla izləndiyini düşünsək, hər bir izlənmə üçün ödəniş almalı olan şirkətlər, bu saytlara görə yükləyən şəxslərin bəlkə də yüzlərlə dəfə videonu izləməklərinə mane olunması səbəbi ilə çox ciddi itki yaşayırlar. Bu səbəbdən digər saytlar illeqal yollarla bu firmaların qazanclarına mane olmuş olduqları üçün məhkəmənin də bu saytlara pul cəzası verməsi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər