main-post-cover

    Yüklədiyiniz proqramla birlikdə gələn əlavə proqramlar nədir? Və onlardan necə qurtulmaq olar?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Əgər siz də mənim kimi kompüterinizdə tez-tez yeni proqramlar quraşdırırsınızsa, əminliklə demək olar ki, bu sizində başınıza gəlib. Bəli, söhbət kompüterinizə yüklədiyiniz bir proqramla birlikdə gələn və adətən internet brauzerlərində ana səhifə və axtarış saytlarını öz istədikləri kimi dəyişə bilən zərərli proqramlardan gedir. Eyni zamanda əlavə utilitlər kimi kompüterinizə yüklənən bu faylların bir virus olduğunu və sizdən icazəsiz yükləndiyini düşünürsünüzsə yanılırsınız.
    Əslində məsələ çox sadədir. Bir çox istifadəçi proqram yükləyərkən daha sürətli bitirə bilsinlər deyə qarşılarına gələn bütün səhifələrə "keç" əmri verərək, növbəti səhifəyə keçirlər və yükləməni uğurla tamamlayırlar. İş yerlərində və ya banka getdiklərində müqavilələri bir neçə dəfə oxuyan şəxslər belə, proqramların yükləmə bölməsində olan istifadəçi haqqları və yükləmə şərtləri müqavilələrini oxumadan təsdiqləyirlər. Bu da öz növbəsində, proqram uğurla yükləndikdən sonra iş ekranında və ya internet brauzerlərdə özünü göstərən utilitlər ilə insanı proqramı yükləməyə peşman edir. Demək ki, hər şey əslində bizim diqqətsizliyimiz ucbatından olur. Müqavilə şərtlərində qeyd edilən əlavə proqramların yüklənməsini biz özümüz təsdiqləyirik.
    Bəs bunun qarşısını necə ala bilərik?
    Bu problemin həlli də olduqca sadədir. Sadəcə olaraq yükləmək istədiyimiz proqramlarda işarələnmiş bölmələrə diqqət yetirmək lazımdır. Bəzən yükləmə bölməsində küncdə, gözümüzdən qaça biləcək qədər kiçik bir bölgədə, işarələnmiş və yüklənməyi gözləyən əlavə bir proqram dayanır. Diqqətli olmamamız və yükləmə zamanı xırda detallara fikir verməməmiz zamanı, bu və bənzər hallar yaşaya bilərik.

    Digər bir həll üsulu isə proqramları rəsmi saytlarından yükləməkdir. Çünki proqramla birlikdə gələn əlavə utilitlər, adətən üçüncü bir vasitəçi fayl yükləmə saytları tərəfindən proqrama inteqrasiya edilir. Proqrama öz reklamlarını, saytlarını, axtarış şəbəkələrini yerləşdirən belə yükləmə saytları, diqqətsizliyinizdən istifadə edərək kompüterinizə istəmədiyiniz halda müdaxilə edirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər