main-post-cover

    Yupiterə naməlum cisim dəyib

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Astronomlar Yupiterə naməlum cismin dəydini müşahidə ediblər. Cismin böyük ehtimalla asteroid və ya meteorit olduğu düşünülür.

    Günəş Sisteminin ən böyük planetinə bir obyektin dəydiyi görülüb. 17 Mart tarixində baş verən hadisə, həvəskar astronom tərəfindən görülmüşdü, ancaq hadisənin sübüt olunması üçün müəyyən bir vaxt tələb olunurdu. Hadisənin baş verdiyinin iddia olunmasından sonra işə başlayan alimlər, İrlandiyadan qeydə alınan görüntülərlə Yupiterin həmin andakı vəziyyətini incələyiblər. Təxmini 2 həftə davam edən araşdırmalar nəticəsində nəhəng planetə bir cismin dəydiyi sübut olunub.
     


    Videoda da gördüyünüz kimi Yupiterin sağında qəribə bir parıltı var və həmin parıltı planetə yaxınlaşır. Araşdırma aparan alimlər sadəcə Yupiterin səthinə bir cismin dəydiyini sübut edə biliblər, yəni bu cismin nə olduğunu təyin edə bilməyiblər.

    Bad Astronomy'nin yazarlarından biri olan Phil Plait, videoda görünən cismin çox böyük ehtimalla asteroid və ya quyruqlu ulduz olduğunu deyib.

    Videoda görünən cisim çox böyük deyil, ancaq belə toqquşmalarda cismin ölçüsü çox da önəmli deyil. Məsələn 2013-cü ildə Rusiyaya diametri sadəcə 19 metr olan astreoid düşmüşdü. 19 metrin çox kiçik olduğunu düşünə bilərsiniz, ancaq bu toqquşma nəticəsində 500.000 TNT gücündə patlayış baş vermişdi və ətrafdakı evlərə zərər yetirmişdi. Yuputerin cazibə qüvvəsi Dünyaya nisbətən daha çoxdur. Yəni ona dəyən hər hansı bir cismin Dünyadakından 5 dəfə daha böyük əks-təsir yaradacağını deyə bilərik. Əlavə olaraq Yupiterə dəyən bir cismin Dünyadan belə rahat görünməsi, onun Rusiyaya düşən asteroiddən təxmini 25 dəfə daha böyük əks-təsir yaradacağı anlamına gəlir. Bu ehtimalları nəzərə alaraq asteroidin Yupiterin səthinə düşməmişdən qabaq atmosferdə çox güclü bir formada patladığını düşünə bilərik. Phil Plait'in dediyinə görə: "Çox, çox güclü bir formada"
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər