Yuxu iflici haqqında 10 qorxulu fakt

Yuxu iflici haqqında 10 qorxulu fakt

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Siz bir dəfə də olsun reallıqla yuxu arasında qalmısınız?
Yuxudan oyanmısınız lakin bədəninizi tərpədə bilməmisiniz. Əgər bu cür halla qarşılaşmısınızsa deməli siz yuxu iflici keçirtmiş insanlar siyahısına daxilsiniz. Bu xoşagəlməz hadisə bir başa yuxu ilə bağlıdır. Əsasən bu hadisə ilə narkolepsiyadan əziyyət çəkən adamlar rastlaşır. Lakin çox vaxt tamamilə sağlam insanlar da sözügedən hadisə ilə qarşılaşırlar. Məhz yuxu iflici əsasında bir çox əfsanələr yaranmışdır. Məsələn insanın sinəsinə oturaraq ona nəfəs almağa imkan verməyən qəribə məxluqlar və damdabacalar. 
 
Yuxu iflici elə-belə bir söz deyil. Bu hadisə zamanı insan şüuru yerində qalır. Lakin onun bədəni tərpənməz halda olur. Məsələ burasındadır ki, bu zaman orqanizm sürətli yuxu mərhələsində olur və istənilən bədən hərəkətini dayandırır. Bu hal bir neçə saniyədən bir neçə dəqiqəyə kimi sürə bilər.
 
 
Özünü ölmüş hiss etmək yuxu iflici hadisəsinin məşhur əlamətlərindən biridir. İnsan özünü ölü bədəndə qalmış şüur kimi hiss edir. Yaranmış panika nəticəsində isə heç cürə yuxudan ayıla bilmir.
 
 
Sonuncu araşdırmalara görə yuxu iflicinin iki növü var. Təcrid olunmuş yuxu iflici və geri təcrid olunmuş yuxu iflici. Birinci növ insanların bütün həyatları boyu sadəcə bir neçə dəfə baş verdiyi halda ikinci növ ayda 1-2 dəfə baş verir.
 
 
Geri təcrid olunmuş yuxu iflici insanlara mütamadi olaraq əziyyət verməkdən əlavə olaraq həmdə intensivdir. Geri təcrid olunmuş yuxu iflicinin yaratdığı hislər 10 dəqiqədən çox çəkə bilər. Bu zaman insan öz bədənini tərk etdiyini hiss edir.
 
 
Yuxu iflici zamanı insanın gözünə görünən qəribə və sirli məxluqlar məşhur hallardan biridir. Qarabasmalar o dərəcədə aydın görünə bilər ki, bu bütün hissiyat orqanlarına təsir edə bilər.
 
 
İlk müşahidə olunmuş yuxu iflici halları eramızdan əvvəl 10-cu əsrdə Fars tibbi əlyazmalarında əks olunmuşdur. Bu hal ilk dəfə rəsmi şəkildə holland həkimi tərəfindən 1664-cü ildə müşahidə olunmuşdur. O zaman həkim xəstəni bunun sadəcə qorxulu yuxu olduğuna inandıra bilmişdir.
 
 
Yuxu iflici zamanı gözə görünən qarabasmalar ilk öncə onları görən insanlara zərər yetirməyə çalışırlar. Məsələn bu insanı boğma cəhdi ola bilər. Bir çox skeptiklərin fikrincə mistik və ya dini hadisələr yuxu iflicinin xüsusi təzahürləridir. 
 
 
Rəssam Henry Fuseli-nin "The Nightmare" adlı rəsm kolleksiyası məhz yuxu iflici əsasında ilhamlanaraq ərsəyə gəlmişdir. Yatmış qadının sinəsində oturmuş qəribə məxluq yuxu iflicinin bir təzahürüdür. 
 
 
ABŞ-ın beynəlxalq tibbi kitabxanası 2005-ci ildə yuxu iflici üzrə mütəxəssisləşmiş müşahidələr aparırdı. Müşahidələr zamanı məlum oldu ki, yuxu iflici keçirtmiş insanlar çox zaman özlərini yadplanetlilər tərəfindən qaçırıldığını və qəribə otaqda oyandıqlarını zənn edirdilər.
 
 
Yuxu iflici zamanı müxtəlif mifik qarabasmalardan başqa həmdə qeyri-adi seksual həzz halları da baş verir. Keçən əsrin ortalarında alimlər düşünürdülər ki, yuxu iflicinə libido (ehtiras, nəfs, istək) durğunluğu gətirib çıxardır. Lakin sonradan alimlər bu fikirdən daşındılar.
 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×