main-post-cover

    Yuxusuzluqdan əziyyət çəkənlər üçün videoplatforma-Napflix

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    İspaniyada çox maraqlı ideya ortaya atılıb. İdeya yuxusuzluqdan əziyyət çəkən insanlara kömək məqsədilə hazırlanmış videoplatformadır.

    Bir çox insan yuxusuzluqdan ciddi mənada əziyyət çəkir və bir çoxlarımız televiziya izlərkən yuxuya gedirik. Bunu nəzərə alan ispaniyalı Françis Bonet de Tena insanların daha asanlıqla yatmaqları üçün maraqsız mövzuları özündə əks etdirən videoplatforma yaratmaq niyyətində olduğunu bildirib.
    Onun sözlərinə görə yuxusuzluğun əsas səbəbi insanın beyninin uzun zaman fəaliyyətdə olması ilə əlaqəlidir. Napflix adlı bu videoplatformada insanlar asanlıqla rahat yata bilmək üçün videolar izləyə biləcəklər.

    Napflix-in mövzu seçimi də çox maraqlıdır. Belə ki, siz universitetdə qəliz bir mövzunu izah edən müəllimin mühazirəsinə və ya yağışda gedən maşınları əks etdirən videolara baxa bilərsiniz. Napflix-in qurucusu belə mövzuları tapmağın o qədər də çətin olmadığını bildirir. Bunun üçün onlar YouTube-un mövcud resurslarından istifadə etməyi planlayırlar.
    Yuxusuzluğun ən pis halını yaşayanlar isə 4 saat davam edən Chennai şahmat turnirini izləyə bilərlər. Bundan əlavə sobada alovun yanması, yanan şam, yağışın yağması kimi videolar da insanların beynini sakitləşdirir, artıq düşüncələrdən azad edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər