main-post-cover

    Yüz minlərcə kitabın pulsuz e-kitab variantı yaradıldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
    İnsanların istər elektron, istərsə də adi şəkildə kitaba olan marağı nəzərə alınaraq kitabları daha tez əldə etmək üçün yeni e-kitab proqramı hazırlanıb və bu proqramın tez bir zamanda bütün dünyada e-kitab sevərlərin rəğbətini qazanacağı gözlənilir. Belə ki, "New York Xalq Kitabxanası" yeni işə imza atıb və 300.000 kitabın elektron formasını hazırlayaraq AndroidiOS istifadəçilərinin istifadəsinə verib. Bu proqram vasitəsilə pulsuz şəkildə yükləyib oxumaq mümkün olacaq. Bunun üçün telefonunuzda "NYPL SimplyE" tətbiqinin olması tələb olunur. Xidmətdən istifadə etmək üçün kitabxananın verdiyi karta sahib olmaq lazımdır. "New York Daily News"-da verilən məlumata görə e-kitablara web-dən və Kindle-dan da baxa bilərsiniz. Bu proqramdan bütün dünyada istifadə etmək mümkün olacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər