main-post-cover

    Öz özünə quruyan pencək istehsal olunur!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Yəqin ki, bir çoxunuz Gələcəyə Dönüş (Back to The Future) filminə baxmısınız. Filmin 2. seriyasında Marty McFly’ın geyindiyi öz özünə quruyan pencək reallaşır. Beləliklə, öz özünə iplərini bağlayan ayaqqabı, uçan hoverboard’lardan sonra gələn "SDJ-01” (Öz özünə quruyan pencək ) adlı Kickstarter proyekti də həyəcan yaradır. Falyon Wearable Tech tərəfindən yaradılan və böyük kütləyə təqdim olunması gözlənilən pencək 12 min dollarlıq dəstək gözləyir. Böyük ehtimalla da bu dəstəyi alaraq pencəyin yaradılmasına başlanılıb. Tamamilə original olacaq olan bu pencək ağıllı telefon və planşetlər üçün cibə də sahib olacaq. İşləmə prisipi isə belə olacaq: öz güc hücrəsi ilə hava kanallarını tək düymə ilə işlətməklə pencəyin qurumasına nail olacaqsınız. Pencəyin Gələcəyə Dönüş filminə hörmət əlaməti olaraq Special Edition versiyası ilə yanaşı qara, ağ, boz və mavi rəngləri də olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər