main-post-cover

    Zədələnmiş iPhone 7 ekranını ev şəraitində necə dəyişmək olar? (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Son vaxtlar internetdə iPhone 7 və iPhone 7 Plus modellərinin zədələnmiş ekranlarının ev şəraitində dəyişilməsi sualına tez-tez rast gəlinir.

    Bu baxımdan insanlara lazım olan, ekran modulunun dəyişdirilməsi barəsində ətraflı təlimatdır. Sözügedən komponent isə LCD ekran, sensor panel və dəyişdirilməsi qeyri-mümkün olan qoruyucu şüşədən ibarətdir. iPhone 7iPhone 7 Plus modelinin ekranını yalnız hazır şəkildə yığılmış modul vasitəsilə dəyişmək olar. Yalnız beləcə yaranmış problemi aradan qaldırmaq mümkündür. Ekranı sonradan yarana biləcək zədə riskindən qorumaq üçün isə onu qoruyucu lent ilə örtmək lazımdır. Bu zaman ekran ən azından cızıqlardan qorunacaq. İlk mərhələdə zədələnmiş şüşə paneli çıxartmaq lazımdır. Bunun üçün smartfonun aşağısında şarj girişi tərəfdəki iki vinti çıxartmaq lazımdır. Sözügedən vintlər,Pentalobe tiplidir. Bu isə hər iki modelin xüsusi özəlliyidir. Vintləri çıxardandan sonra plastik qırmanc vasitəsilə ekran panelini perimetr üzrə çox ehtiyyatla qaldırmaq lazımdır.
    Bunu etməmişdən öncə həmin plastik qırmancı saçqurudan ilə qızdırmaq da olar. Şüşə çıxarılandan sonra ekran panelini, iPhone-nun əsas hissəsindən ayırmaq lazımdır. Bu zaman çox ehtiyyatlı olmaq lazımdır. Belə ki, ekran ilə ana platanı birləşdirən şleyflər var. Həmin şleyflər həmdə iki metal lövhəni saxlayır. İki metal lövhəni açıb konnektorları çıxartmaq lazımdır. Bundan sonra paneli, əsas korpusdan ayırmaq olar. Yeni modulu quraşdırandan sonra əmin olun ki, ekranın və touchscreenin şleyfləri, detallar arasında saxılmayıb və bir-birilərinə birləşməyiblər. Qeyd etmək lazımdır ki, iPhone-nun son modellərində "Home” düyməsini əvəz etmək bir qədər problemlidir. Bu, iPhone 7 ekranı təmirinin əsas xüsusiyyətləri idi. Lakin nəzərə almaq lazımdır ki, bu təmiri ev şəraitində etmək üçün lazımi alətlərə və təcrübəyə sahib olmaq lazımdır.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər