main-post-cover

    ASUS Zenfone 3 rəsmi olaraq təqdim olundu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    ZenFone ağıllı telefon ailəsi ilə böyük uğur əldə edən Asus, Computex 2016 tədbirində ailənin 3. nəsil nümayəndələri "ZenFone 3, ZenFone 3 Deluxe və ZenFone 3 Ultra'nı" təqdim etdi.

    Ümumi olaraq olduqca gözəl dizayna malik olan telefonlardan ZenFone 3, 250$'lıq qiymətlə giriş səviyyəni təmsil edir.
     
    Gövdəsində artıq plastik əvəzinə metaldan istifadə olunan ağıllı telefon, gücünü Snapdragon 625Andreno 506 grafik prosessorlarının kombinasiyasından alır. Cihaz 3GB RAM32GB yaddaş həcminə malikdir.
     
    5.5 düymlük Full HD IPS ekranı ilə ZenFone 2 ilə eyni səviyyədə olan telefon, USB Type-C portu ilə son nəsil standartlara cavab verir və üzərində 3,000 mAh həcmində batareya ilə istifadəçilərə daha uzun ömürlü istifadə vəd edir.
     
    Arxasında dörd oxlu görüntü sabitləmə edə bilən 16MP kamera, önündə isə 8MP'lik bir kamera olan telefon cüt LED flaş ilə daha aydın şəkil çəkir və lazer avtofoku ilə bu prosesi daha sürətli edir. Barmaq izi sensoruna malik olan ZenFone 3, ümumi olaraq bir sıra flaqmanlara rəqib ola bilər.

    Linki kopyala