main-post-cover

    Asus ZenFone 3 Ultra rəsmi olaraq tədqim olundu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    ZenFone ağıllı telefon ailəsi ilə böyük uğur əldə edən Asus, Computex 2016 tədbirində ailənin 3. nəsil nümayəndələri "ZenFone 3, ZenFone 3 Deluxe və ZenFone 3 Ultra'nı" təqdim etdi.

     
    Asus ZenFone 3 Ultra modelinə nəzər saldıqda isə digər modellərə görə daha böyük cihaz qarşımıza çıxır. Belə ki, cihazda 6.8 düym ölçüsündə böyük ekrandan istifadə olunub. Phablet kateqoriyasında olan bu cihaz böyük ekran sevənlər üçün ideal seçim ola bilər. Ekran Full HD keyfiyyətə malikdir.
     
    Texniki göstəricilərinə baxdıqda, digər 2 modeldən çox geri qalmayan ZenFone 3 Ultra, gücünü Snapdragon 652 prosessordan alır. Cihazda 4GB RAM64GB yaddaş quraşdırılıb. Bu da performans istəyənlər üçün ideal sayıla bilər. Kamera cəhətdən də digər modellərdən geri qalmayan cihaz, 23MP arxa və 8MP ön kameraya sahibdir. Kamera həmçinin lazer avtofokus xüsusiyyətinə də malikdir. Batareyasında nəzər saldıqda görürük ki, 4,600 mAh həcmli batareya quraşdırılıb. Bu da belə böyük ekranlı cihaz üçün uzun müddətli iş rejimi vəd edir. Bundan başqa cihaz DTS dəstəkli, cüt sim kart dəstəyi ilə gəlir. MicroSD kart vasitəsilə yaddaşı artırıla bilən cihaz, barmaq izi sensoruna da malikdir.
     
    Qiymətinə gəldikdə isə, cihazın qiyməti Computex tədbirində qlobal olaraq 479 dollar müəyyən olunub.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər