main-post-cover

    Zərbə üstünə zərbə alan PewDiePie-dən cavab videosu!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Disney və YouTube ilə ciddi problemlər yaşayan PewDiePie, hadisələrlə əlaqəli bir video yayımladı.

    Ötən günlərdə yüklədiyi video da istifadə etdiyi bir şəkil səbəbindən başda Yəhudilər olmaqla yanaşı bir çox istifadəçisi tərəfindən tənqid edilən Felix Kjellberg müqaviləli olduğu iki böyük şirkətdən də ağır zərbələr almışdı. 
    İlk olaraq Disney ilə yolları ayrılan Felix-in YouTube Red tərkibindəki verilişinin ikinci sezonu da ləğv edilmiş , birdə üstünə Premium reklam bölməsindən videoları çıxardırılmışdı.
    Bu hadisələrin üzərinə səssizliyini pozan PewDiePie, xusuilə Wall Street Journal başda olmaqla media-nı hədəf göstərərək bir cavab videosu yayımladı. "Media mənim üzərimə planlar quraraq etibarımı zədələməyə və iqtisadi baxımdan dəyərimi aşağı salmağa çalışır. Bu vəziyyət normal haldır çünki media bizdən qorxur və bu səbəblə də bizi sevmir. Bir çox insan videonu bəyənərək izlədi” ifadələrini səsləndirib. Videonun sonunda isə "Hələ buradayam və videolar çəkməyə davam edəcəm” deyən PewDiePie, bir də videonun sonunda Wall Street Journal-a "motherf****rs" ifadəsini işlədib.
    Mənbə: WebTekno
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər