2015-ci ilin əvvələrində sadəcə Avropada yaşayanlar üçün nəzərdə tutulan və önsifarişə çıxarılan Fairphone 2’nin paylanmasına başlanılıb. İstifadəçilərinin özlərinin rahat şəkildə təmir edə biləcəyi bir ağıllı telefon olması hədəfi ilə yola çıxılan bu məhsulun ekran, kamera, kart kimi hissələrini dəyişdirmək çox asandır. 5 il boyunca işləməyə davam etməsi hədəflənən telefonun yüksəldilə bilinən təmir modulları da planlar arasındadır. Əlavə olaraq bu telefon həm də təbiət dostudur. Telefonun texniki göstəriciləri isə belədir:
- 5 düymlük 1080p ekran
- Snapdragon 801 prosessor
- 2 GB RAM
- Android Lollipop 5.1.1 əməliyyat sistemi
530 avroluq bir qiymətə sahib olan Fairphone 2 üçün verilən ön sifarişlərinin əksəriyyətinin Yanvar ayı sonuna qədər təslim ediləcəyi vurğulanıb.
Şərh yoxdur