main-post-cover

    Zuckerberg və həyat yoldaşının heç yerdə görmədiyiniz uşaqlıq şəkilləri

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Mark Zuckerberg, bir neçə gün əvvəl Facebook hesabından yeni bir uşaqları olacağı xəbərini izləyiciləri ilə paylaşdı. Həmçinin o bunu olduqca təsirli və güclü bir mesajla paylaşdı.


    İlk övladları qız olan Zuckerberg cütlüyü, hər məntiqli ailə kimi ikinci uşaqlarının ilk əvvəl sağlam olmasını dilədiklərini paylaşırlar. Amma ikinci diləkləri isə yenidən bir qız övladlarının olmasıdır. Həm Mark həm də Priscilla Zuckerbergin bir neçə bacı ilə böyümüş olmaları onlara çox şey qazandırıb. Beləki Mark, övladının qız olmasını istədiklərini paylaşıb. Üstəlik bu paylaşımında qadınlara olan inamını və dəstəyini də dəqiq olaraq dilə gətirir.
     

    "3 Bacı ilə böyüdüm və ağıllı, güclü qadınlardan dərs almağı mənə öyrətdilər. Onlar sadəcə bacılarım deyil, ən yaxın dostlarım idilər… Priscilla-da iki bacı ilə böyüyüb və ona ailələrinin vacibliyini, başqalarına və çətin işlərə necə diqqət etməli olduğunu onlar öyrədiblər… Hamımız həyatımızdakı güclü qadınların köməkliyi ilə daha yaxşı insanlarıq. Bacılarımız, analarımız, dostlarımız, sevdiklərimiz…”


    Zuckerberg, həmçinin bu paylaşımı edərkən həm özünün həm də həyat yoldaşının heç görmədiyimiz uşaqlıq şəkillərini də paylaşımına əlavə edib. Zuckerberg ailəsi xoşbəxt bir ailə çərçivəsinin ən yaxşı nümunələrindən biri olmağa davam edir.
    Övladlarının isə xoşbəxt və valideynlərinin himayəsi altında böyümələrini arzu edərək bu yazımıza da burada son veririk.
    Linki kopyala