'Technote' - Cannes Lions Beynəlxalq Yaradıcılıq festivalında Azərbaycanı təmsil edəcək

'Technote' - Cannes Lions Beynəlxalq Yaradıcılıq festivalında Azərbaycanı təmsil edəcək

Cannes Lions
15.06.2018 PAYLAŞIM

BirBank və Technote "Cannes Lions"dan təqdim edir.    

    1954-cü ildən bu yana mütəmadi olaraq Fransanın Kann şəhərində təşkil olunan Beynəlxalq Yaradıcılıq Festivalı - "Cannes Lions" 18-22 İyun tarixlərində 65-ci dəfə baş tutacaq. Dünyanın məşhur markalarının yer aldığı bu qlobal tədbirdə ən yaxşı mükafata sahib olmaq hər bir brendin əsas məqsədidir. Bir çox kateqoriyalarda müxtəlif nominasiyalar üzrə dünyanın ən yaxşı, kreativ və yaradıcı reklamları və ideyaları mükafat uğrunda yarışacaq.

    Bu il 40.000 -dən çox ideyanın yarışacağı tədbirdə, 16.000 iştirakçı, 4.700 -dən çox şirkət və 1000 spiker çıxış edəcək. Apple, Samsung, Google kimi iri şirkətlərin də təmsil olunduğu tədbirin rəsmi media tərəfdaşlarından biri olaraq ölkəmizi şirkətimiz adından festivalda təmsil edəcəyik. "BirBank" -ın əsas dəstəyi və "Endorphin" Reklam Agentliyin kreativ tərəfdaşlığı ilə Fərid PərdəşünasOrxan Kərimov festivalda iştirak üçün artıq hazırdırlar.    "Cannes Lions" böyük mükafatlandırma tədbirindən əlavə reklam, yaradıcılıq və marketinq icmasının ən önəmli görüş nöqtələrindən biridir. Burada dünyanın müxtəlif ölkələrindən böyük şirkətlər, media qurumları və reklam agentlikləri təmsil olunur. Tədbir müddəti ərzində "Technote" olaraq ən son yenilikləri, mükafatları, baş verən maraqlı hadisələri həm xəbər həm də video reportajlar şəklində izləyicilərimizə çatdıracağıq. 2018 -ci ildən etibarən "Cannes Lions" yaradıcılıq festivalının rəsmi tərəfdaşlarından biri olaraq ən son yenilənmələri tədbirə özəl olaraq hazırladığımız məlumatları xəbər kateqoriyamızdan (technote.az/cannes-lions), Facebook, InstagramYoutube kanallarımızdan izləyə bilərsiniz.

    Qeyd edək ki, "Cannes Lions" səfərin əsas tərəfadaşı "BirBank" mobil əlavəsidir. Ölkədə bankçılıq sektorunda innovativ həllər təqdim edən, eyni zamanda marketinq, reklam və kommunikasiya sahəsində kifayət qədər işlər görən Kapital Bank -ın yeni məhsulu olan "BirBank" əlavəsi, istər bank istərsə də qeyri-bank müştərilərinə banka getmədən bir çox əməliyyatları mobil tətbiq vasitəsilə həll etmək imkanını verir. Tətbiqi iOS və Android mağazalarından aşağıdakı linklər vasitəsilə yükləyə bilərsiniz.

BirBank Android      |      BirBank iOS




SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


'Young Lions Azerbaijan' yaradıcılıq müsabiqəsi üçün qeydiyyat başladı

Azərbaycan 2020-ci ildə Fransanın Kann şəhərində keçirilən Young Lions Competition yarışının finalın..


Cannes Lions-da sonuncu mükafatlandırma gecəsi bugün baş tutacaq

5 gündür davam Cannes Lions 2019 marketinq və reklam festivalı bu axşam baş tutacaq sonuncu mükafatl..


Cannes Lions-da Innovasiya, Mobil, Radio və Audio kateqoriyalarının ən yaxşı işl..

Cannes Lions 2019-un 4-cü mükafatlandırma gecəsində daha 6 kateqoriya üzrə Grand Prix sahibləri məlu..


Cannes Lions-da bu axşam daha 6 kateqroiya üzrə qaliblər müəyyən olunacaq

Bu il sayca 66-cısı təşkil olunan Cannes Lions-ın artıq 4-cü günündəyik. Bir çox əsas və maraq doğur..


Cannes Lions -da PR, Social Influenser və Media kateqoriyalarında mükafat sahibl..

Cannes Lions 2019-un 3-cü mükafatlandırma gecəsində daha 6 kateqoriya üzrə Grand Prix sahibləri məlu..


Technote Cannes Lions 2019 üçün Fransadadır

Bu il sayca 66-cı dəfə təşkil olunan Cannes Lions 2019 sabahdan etibarən işinə başlayır