main-post-cover

    Technote Cannes Lions 2019 üçün Fransadadır

    Digər
    Cannes Lions
    16.06.2019
    Farid Pardashunas
        Hər il Marketinq və Reklam dünyasının əsas tədbiri olan Cannes Lions ənənəsinə sadiq qalaraq bu il də Fransanın Kann şəhərində 66-cı dəfə keçirilir. Bütün dünyadan ən iri markaların, texnologiya şirkətlərinin və reklam agentliklərinin qatıldığı bu tədbir özünün məşhur Qızıl Şir mükafatları ilə Kann şəhərinin ən öndə gələn qlobal tədbirlərindən biri hesab olunur. Reklam və marketinq dünyasının oskar mükafatları isə 4 gün ard-arda baş tutacaq mükafatlandırma gecələrində sahiblərinə təqdim olunacaq.     
        Cannes Lions ümumilləklə böyük konfranslar, mükafatlandırma gecələri və dənizqırağı əyləncə zonaları ilə qonaqlara bütövlükdə tam bir festival həyacanı yaşadır. 17 İyun tarixindən etibarən start götürən tədbir 21 İyun keçiriləcək sonuncu mükafatlandırma gecəsi ilə işini yekunlaşdıracaq. Bu müddət ərzində iştirakçıları 100-lərlə spikerin çıxışı, qapalı təbdirlər və dənizqırağı "meetup"lar gözləyir. Spikerlər arasında bu il önə çıxan şəxslərin adları artıq məlumdur.
                Bu məşhur tədbirdə baş verən hadisələri işıqlandırmaq üçün ardıcıl ikinci dəfə komandamız Kann şəhərinə səfər edir. Bu il keçirilməsi planlaşdırılan 66-cı Cannes Lions üçün isə Technote MediaCannes Lions Azərbaycan komandası artıq Fransanın Kann şəhərindədir. Əlavə olaraq qeyd edək ki, bu il ilk dəfə media komandamızdan əlavə Azərbaycan yerli təmsilçilik səviyyəsində bu tədbirdə iştirak edir. Tədbir boyunca ən son video reportajları Kanndan sizə çatdıracaq komandamızın bu səfər üçün əsas dəstəkçisi və yayım sponsoru Azercell şirkətidir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər