main-post-cover

    2020-ci ildə məlumatların vizualizasiyası üçün aktual olacaq Top-8 JavaScript kitabxana

    Code-News
    14.12.2019
    Emil Nəcəfov
        JavaScript-də məlumatları daha gözəl şəkildə təqdim etmək lazımdır? Bu siyahıda sözügedən məsələ ilə bağlı hal hazırda aktual olan və gələn il üçün aktuallığını qoruyacaq 8 faydalı alət təqdim edilib. Bu barədə Proglib.io saytı xəbər verib.
    Toast UI Chart:
        Bu, müxtəlif daqramların tərtib olunması üçün nəzərdə tutulmuş opensource JavaScript kitabxanadır. Ondan həm kommersiya həm təhsil həm də fərdi məqsədlər üçün tamamilə pulsuz şəkildə istifadə etmək olar. Sözügedən layihə üzərində çox yaxşı çalışıblar. Belə ki, o özündə rəng seçimini, tərz şablonlarını və animasiyaları birləşdirir.
        Toast UI vasitəsilə vizualizasiya üzrə həm sadə həm də qəliz layihələr hazırlamaq olar. Aktiv olan API isə istənilən proqram məntiqinin reallaşdırılmasında yardımçı olacaq. Hazırlanmış diaqramlar nəticədə .jpg.png formatlarına da eksport olunurlar. Əgər sizin React VueJS ilə çalışma təcrübəniz varsa deməli bu frameworklar üçün olan wrapperlər sizin xoşunuza gələcək.
    Google Charts:
        Bu, Google trəfindən yaradılmış və dəstəklənən klassik servisdir və o, qrafiklərin tərtib olunması üçün nəzərdə tutulub. Sözügedən servis istənilən tapşırıqlar üçün zəngin diaqramlar bazasına və tərtibatçılar üçün çoxlu sayda konfiqurasiyalara sahibdir. Bu servis vasitəsilə individual diaqramların yaradılması üçün HTML, CSS və JavaScript üzrə baza biliklərə sahib olmaq kifayət edir.
        Əgər həmin baza biliklərə sahib deyilsizinizsə birbaşa diaqram daxilində parametləri yoxlaya bilərsiniz. Bununla yanaşı diaqramların bəzədilməsi üçün Material Design-dan da istifadə etmək olar. Lakin o, bütün diaqramlarda aktiv deyil. Google Charts-ın bir mənfi özəlliyi ondan ibarətdir ki, ondan yalnız online şəkildə istifadə etmək olar.
    D3.js:
        Bu, JavaScript dünyasında məlumatların vizualizasiyası üçün nəzərdə tutulmuş ən məşhur kitabxanadır. Beləliklə siz yaranmış istənilən tapşırığı D3 və çoxlu sayda manuallar sayəsində yerinə yetirə bilrəsiniz. Bu kitabxananın təqdim etdiyi sonsuz sayda imkanlara baxmayaraq ondan istifadə etmək heç də asan olmayacaq. Belə ki, hətta sadə vizualizasiyaların yaradılması üçün vaxt lazım olacaq.
    ThreeJS:
        Bu sadə və məşhur kitabxana veb tətbiqlərin kontekstində WebGL istifadəsi ilə 3D animasiyaların yaradılması üçün nəzərdə tutulub. ThreeJS skriptləri HTML5, Canvas, SVG və s. ilə birlikdə istifadə oluna bilərlər. Bu layihə həmçinin 2D vizualizasiyalarda da istifadə oluna bilər. Bununla yanaşı ThreeJS bir çox mobil cihazlarda çalışır və onu online şəkildə test etmək olar.
    WebDataRocks:
        WebDataRocks istənilən layihədə istifadə oluna bilən çox əla online cədvəldir. Təmiz JavaScript üzərində qurulmuş bu kitabxana istənilən framework-a rahatlıqla inteqrasiya edilə bilir. Cədvəlin elementləri interaktivdirlər. Məlumatları çərçivələr üzrə yönləndir və hər şey avtomatik şəkildə hesablanacaq. Bu özəllik sayəsində həmçinin istənilən zaman analiz fokusunu da rahatlıqla dəyişmək mümkün olacaq. Bununla yanaşı hesabatlar istənilən cihazda aktiv olacaqlar.
    PivotTable.js:
        Bu, internetdə olan məşhur müstəqil opensource cədvəllərdən biridir. O özündə istilik xəritəsinin vizualizasiyasını, statistik aqreqatorları və drag’n’drop funskiyaları birləşdirir. PivotTable.js çoxlu sayda ayarları təqdim edir. Lakin buna baxmayaraq kənar pluginlərdən istifadə etmək lazım olacaq. Məsələn Excel və ya PDF-ə eksport üçün. Əgər sizə PivotTable-ı digər kitabxanalara inteqrasiya etmək lazımdırsa bunun üçün D3, C3, Plotly və Google əlaqələri dəstəklənir.
    C3.js:
        Bu, veb tətbiqlərdə istifadə üçün nəzərdə tutulmuş diaqramların yaradılması yolunda təklif olunan kitabxanadır. Sözügedən kitabxana hər bir element üçün açıq klasslar təqdim edir. Buna görə də istifadəçi öz istəyi üzrə funksionallığı və xarici görünüşü ayarlaya bilər. Sözügedən kitabxana həmçinin diaqramların vəziyyətlərinin əldə olunması üçün müxtəlif API-lar və callback-lar təqdim edir. Onların köməkliyi ilə hətta diaqramın render olunmasından sonra da onu yeniləmək olar.
    React Vis:
        React Vis özündə xətti / kombinasiya edilmiş qrafikləri, histoqramları, istilik xəritələrini, dəqiq diaqramları, kontur qrafikləri və s. özəllikləri birləşdirir. Bu kitabxana heç bir D3 və ya digər data-vis kitabxana biliyini tələb etmir. Bununla yanaşı React Vis aşağı səviyyəli modullu tərtibat komponentlərini təklif edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər