main-post-cover

    Avqust ayında Windows 10 əməliyyat sistemi bazarının yarısına sahib olub

    Digər
    Code-News
    03.09.2019
    Farid Pardashunas
        Netmarketshare şirkətinin İT analitiklərinin avqust ayında təqdim etdikləri hesabata əsasən Windows 10 əməliyyat sistemi bazarının 50%-nə sahibdir. Bu barədə Habr.com saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Widnows 10 əməliyyat sistemi 29 iyul 2015-ci il tarixində işıq üzü görmüşdü. İstifadəyə verildikdən bir ay sonra isə onun bazardakı payı 5.38%-ə çatmışdı. Lakin sonradan əməliyyat sisteminin yayılma sürəti Microsoft şirkətinin proqnozlarından və gözləntilərindən geridə qaldı.
        Buna baxmayaraq istifadəçilər Windows 10-u Microsoft şirkətinin əvvəlki əməliyyat sistemi versiyalarından daha yaxşı qarşıladılar. Bununla yanaşı istifadəçilər və sistem administratorları başa düşdülər ki, Microsoft şirkəti Windows 10-u Windows 7-dən daha yaxşı etmək üçün aktiv şəkildə çalışır. Qeyd etmək lazımdır ki, şirkət Windows 7-nin dəstəyini 14 yanvar 2020-ci ildə dayandıracaq.
        Beləliklə işıq üzü görməsindən 4 il sonra Windows 10 əməliyyat sistemi bazarının yarısına sahibdir. Bu ilin avqust ayında sözügedən əməliyyat sisteminin bazar dəyəri 2% yüksəlmişdi. Beləliklə bu templə Windows 7 bazardakı mövqelərini itirir. Belə ki, onun bazardakı payı 30.44%-ə düşüb. Lakin bu da bir əməliyyat sistemi üçün hal hazırki vaxtda yüksək göstəricidir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər