CentOS 8-in hazırlanması gecikir

CentOS 8-in hazırlanması gecikir

Code-News
14.06.2019 PAYLAŞIM



Bənzər xəbər


    CentOS-in Red Hat şirkətinə keçməsindən sonra bu layihəyə bir çox dəstək anons olunmuşdu. Lakin CentOS 8 üzərində iş statusu qrafikdən geri qalır. Bu barədə Opennet.ru saytı xəbər verib. Status yenilənmələri üzrə verilmiş bəyanatlara baxmayaraq yalnız yükləmə səhifəsi və quraşdırma serveri hazırlanıb. Koji statistikasına əsasən isə həmin serverdə həftədə bir dəfə nəsə yığılır.

    Hələ də sıfırıncı quraşdırma dövrü sona çatdırılmayıb. Halbuki o, may ayında yekunlaşdırılmalıydı. Sıfırıncı dövr zamanı digər paketərin yığılması üçün minimal paketlər toplusu yaradılır. Daha sonra isə bu yaradılmış paketlər toplusu növbəti quraşdırma dövrləri çərçivəsində genişlənir. Nüvənin yığılması hələki MDS (Microarchitectural Data Sampling) boşluqlarının həll olunmaması ilə yığılır.

    MDS-i bloklayacaq patçlara sahib nüvənin nə zaman işıq üzü görəcəyi barəsində bir məlumat yoxdur. Bununla yanaşı paketlərin ilkin tekst qiymətləndirilməsi, Red Hat brendinin elementlərinin silinməsi üçün patçlara hazırlıq və tərz tərtibatının seçimi üzərində işlər də yekunlaşdırılmayıb. Daha öncə CentOS-in əhəmiyyətli versiyaları Red Hat Enterprise Linux-un işıq üzü görməsindən bir və ya iki ay sonra təqdim olunurdu.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


2020-ci ildə məlumatların vizualizasiyası üçün aktual olacaq Top-8 JavaScript ki..

JavaScript-də məlumatları daha gözəl şəkildə təqdim etmək lazımdır?


Microsoft bu il olmuş qeyri adi fişinq kiberhücumlarından danışdı

Bir neçə müddət bundan öncə isə Microsoft şirkəti kiberhücumlar və malware-lar üzrə trendləri əks et..


Microsoft Windows-da 0-day boşluğu da daxil olmaqla 7 kritik sistem boşluğu arad..

Microsoft şirkəti bu ay təqdim etmiş olduğu yenilənmələr ilə öz sistemlərində 36 boşluğu aradan qald..


Microsoft Teams platformasının Linux versiyası təqdim edildi

Microsoft şirkəti Microsoft Teams platformasının Linux versiyasını təqdim edib.


OpenBSD-də 4 ciddi sistem boşluğu aşkar edilib

OpenBSD-də 4 ciddi sistem boşluğu aşkar edilərək aradan qaldrılıb.


Sadə tətbiqlərin müxtəlif proqramlaşdırma dillərindəki test nəticələri təqdim ed..

Assembler x86_64-də HeavyThing adlı azad kitabxananı reallaşdırmış müəllif Jeff Marrison “Assembler-..

×