
Chrome 76-da incognito rejiminin aktiv olub-olmadığını aşkar edən sistem boşluğu aradan qaldırılacaq
Code-News
20.07.2019
Emil

Google şirkəti 30 iyul tarixində təqdim olunacaq Chrome 76 brauzerində incognito rejminin çalışmasında bəzi dəyişikliklərin edildiyini bildirib. Əsasən FileSystem API-dakı sistem boşluğu ardan qaldırılıb. Həmin sistem boşluğu sayəsində istifadəçinin incognito rejimindən istifadə edib-etmədiyini öyrənmək olurdu. Bu barədə Opennet.ru saytı xəbər verib.
Bu üsulun əsas məğzi ondan ibarətdir ki, əvvəllər seanslar arasındakı məlumatların çökməməsi üçün brauzer incognito rejimində FileSystem API-ya keçidi bloklayırdı. Başqa sözlə desək, JavaScript-də FileSystem API üzərindən məlumatların yaddaşda saxlanması imkanını yoxlamaq olurdu və nasazlıq halında incognito rejiminin aktiv olub-olmadığını öyrənmək mümkün olurdu. Yeni Chrome versiyasında isə FileSystem API-ya keçid bloklanmayacaq. Lakin seansın bitməsindən sonra bütün məlumatlar silinəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
