
Chrome'da ciddi 0-day boşluğu aradan qaldırılıb
Code-News
03.11.2019
Emil

Google mühəndisləri heç gözlənilmədən Windows, Mac və Linux üçün Chrome brauzerinin Chrome 78.0.3904.87 versiyasını təqim ediblər. Həmin versiya ilə tərtibatçılar brauzerdə hackerlər tərəfindən aktiv şəkildə kiberhücumlara məruz qalmış 0-day boşluğunu aradan qadırıblar. Sözügedən boşluq CVE-2019-13720 identifikatorunu əldə edib və brauzerin audiokomponentində use-aster-free bug kimi çıxış edib.

Bu barədə Xakep.ru saytı xəbər verib. Brauzerdə olan bu boşluq Kaspersky Lab. mütəxəssisləri tərəfindən aşkar edilib. Mütəxəssislər qeyd ediblər ki, bu boşluqdan istifadə edərək hackerlər istifadəçilərin kompüterlərinə malware yükləyirlər. Bütün Chrome istifadəçilərinə isə tez zamanda brauzerin Chrome 78.0.3904.87 versiyasına kimi yeniləmələri məsləhət görülür.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
