main-post-cover

    Chrome üçün olan genişlənmələrin 87%'i 1000-dən az yüklənməyə sahibdir

    Digər
    Code-News
    05.08.2019
    Farid Pardashunas

        Extension Monitor şirkətinin tədqiqatçıları Chrome brauzeri üçün olan genişlənmələr kataloqu ilə bağlı maraqlı statistikanı təqdim ediblər. Şirkətin məlumatlarına əsasən Chrome üçün olan bütün genişlənmələrin 50%-i 16 dəfədən az yüklənib. Bu isə genişlənmələr ekosisteminin yarısı deməkdir. Bu barədə Xakep.ru saytı xəbər verib. Ümumilikdə Chrome Web Store-da 188.620 ədəd genişlənmə mövcuddur. İlk baxışdan istənilən istifadəçi öz istəyinə uyğun olaraq bu genişlənmələrdən istifadə edə bilər. Lakin Extension Monitor şirkətinin analitikləri bildiriblər ki, bu heç də belə deyil.
        Belə ki, həmin genişlənmələrdən çoxusu köhnəlib, onların istifadəçi kütləsi azalır və onlardan yalnız az bir hissəsi aktiv yüklənməyə sahibdir. Tədqiqatçıların hesablamalarına görə 19.379 genişlənmə (10%) ümumiyyətlə yüklənməyə sahib deyil. 25.540 genişlənmə (13%) isə 1 istifadəçiyə sahibdir. Ən pisi isə odur ki, Chrome Web Store-dan olan bütün genişlənmələrin 87%-i 1000 yüklənmədən az göstəriciyə sahibdir. Baxmayaraq ki, Chrome brauzerinin istifadəçi kütləsi milyard insandan çoxdur. Maraqlı fakt ondan ibarətdir ki, məşhur genişlənmələrdən 13-ü 10.000.000 istifadəçi kütləsi yığa bilib. Həmin genişlənmələr bunlardır:
        Google Translate, Adobe Acrobat, Tampermonkey, Avast Online Security, Adblock Plus, Adblock, uBlock Origin, Pinterest Save Button, Cisco Webex, Grammarly for Chrome, Skype, Avast SafePriceHoney. Daha bir neçə genişlənmə (Google Photos, LastPass: Free Password ManagerGoogle Hangouts) 10.000.000 istifadəçi kütləsinə yaxınlaşır. Buna baxmayaraq analitiklər düşünürlər ki, milyonlarla istifadəçi kütləsinə sahib ümumi genişlənmələrin sayı yenə də aşağı göstəricidir. Ödənişli məhsullara gəldikdə isə Chrome Web Store-da onların sayı 16.718-dir. Onlardan 5885-i isə ümumiyyətlə bir istifadəçiyə də sahib deyil. Ödənişli məhsullar isə genişlənmələrin ümumi yüklənmə sayının 2.6%-ni təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər