main-post-cover

    Debian 10-un 6 iyul tarixində təqdim olunması planlaşdırılır

    Digər
    Code-News
    12.06.2019
    Emil Nəcəfov


        Debian layihəsinin tərtibatçıları elan ediblər ki, onlar Debian 10 "Buster"-i 6 iyul tarixində təqdim etməyi planlaşdırırlar. Hal hazırda bu əməlyyat sistemində həll olunmamış 98 kritik səhv var. Bu barədə Opennet.ru saytı xəbər verib. Məhz həmin səhvlər ucbatından Debian 10 gecikirdi. 1 ay bundan öncə kritik səhvlərin sayı 132, 3 ay bundan öncə 316, 4 ay bundan öncə isə 577 idi. Yerdə qalan 98 kritik səhvin 25 iyun tarixinə kimi bağlanması nəzərdə tutulub.
        Həmin tarixə kimi həll oluna bilməyəcək problemlər buster-ignore və ya buster-will-remove bayraqları ilə işarə olunacaqlar. Əgər Testing qolunda buster-will-remove bayrağı ilə işarələnmiş paketlər üçün kritik problemlərin həll yolları təqdim olunmasa həmin paketlər repozitoriyalardan silinəcəklər. 25 iyun tarixindən başlayaraq isə Testing qolu dəyişikliklərin əlavə olunması məsələsində tamamilə dondurulacaq.
    Linki kopyala