
Dropbox Linux üçün olan tətbiqdə XFS, ZFS, Btrfs və eCryptFS dəstəyini bərpa edib
Code-News
23.07.2019
Emil

Dropbox şirkəti Dropbox bulud servisindən istifadə üçün nəzərdə tutulmuş desktop tətbiqinin yeni budağının (77.3.127) beta versiyasını təqdim edib. Linux üçün olan həmin desktop tətbiqə isə XFS, ZFS, Btrfs və eCryptFS dəstəyi əlavə olunub. ZFS və XFS dəstəyi yalnzı 64 bit-lik sistemlərdə reallaşdırılacaq.
Bununla yanşı yeni versiyada Smarter Smart Sync funksiyası vasitəsilə yaddaşda saxlanılmış məlumatların həcmlərinin əks olunması reallaşdırılıb və Ubuntu 19.04-də Open Dropbox Folder düyməsini yararsız hala gətirən boşluq aradan qaldırılıb. Qeyd etmək lazımdır ki, keçən il Dropbox Ext4-dən fərqlənən digər fayl sistemlərindən istifadə halında bulud servisi vasitəsilə faylların sinxronlaşdırılması dəstəyini dayandırmışdı. Səbəb kimi isə Xattrs atributları əlavələrində olan dəstək problemi gətirilmişdi.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
