main-post-cover

    Dünən Linux nüvəsinin 28 yaşı tamam oldu

    Digər
    Code-News
    26.08.2019
    Farid Pardashunas
         25 avqust 1991-ci il tarixində 5 aylıq iş prosesindən sonra Linus Torvalds comp.os.minix telekonfransında Linux adlı yeni əməliyyat sisteminin işlək prototipinin yaradıldığını elan etmişdi. Linux nüvəsi isə həmin ilin 17 sentyabr tarixində ilk dəfə istifadəyə verilmişdi. 0.0.1 nüvəsi sıxılmış vəziyyətdə 62 KB yer tuturdu və onun daxilində 10.000 kod sətri var idi. Müasir Linux nüvəsi isə özündə 26 milyondan çox kod sətrini birləşdirir. 2010-cu ildə Avropa Birliyi tərəfindən aparılmış tədqiqat nəticəsində məlum olmuşdu ki, müasir Linux nüvəsinə analoq ola biləcək layihənin sıfırdan hazırlanmasının xərci 1 milyard dollardan çox olardı. Bu hesablama o zaman aparılmışdı ki, Linux nüvəsində 13 milyon kod sətri mövcud idi.
         Linux nüvəsi Linus Torvald-ın MINIX əməliyyat sistemindən təsirləndiyi üçün yardılmışdı. Onu MINIX əməliyyat sisteminin məhdudlaşdırıcı lisenziyası qane etmirdi. Nəticədə Linux məşhurlaşandan sonra bəzi insanlar Linus-u MINIX əməliyyat sisteminin bəzi altsistemlərinin kodlarının kopyalanmasında günahlandırırdılar. Lakin bu məsələyə MINIX-in yaradıcısı Andrew Tanenbaum son qoymuşdu. Belə ki, o öz tələbələrindən birinə MINIX ilə ilk Linux versiyaları arasındakı detallı kod müqayisəsi tapşırığını vermişdi. Nəticədə məlum oldu ki, sadəcə 4 kod bloku arasında ciddi olmayan oxşarlıq var və onlar POSIX ANSI C tələbləri ilə şərtlənib.
         İlk əvvəl Linus nüvəni Freax adlandırmaq istəyirdi. Lakin Linux adını sözügedən nüvə Ari Lemmke adlı şəxs tərəfindən əldə etdi. Belə ki, Linus ondan nüvəni universitetin FTP serverinə yerləşdirilməsini xahiş etmişdi. Bunu edən zaman isə o, freax deyil linux adından istifadə etmişdi. Maraqlısı ondadır ki, William Della Croce adlı sahibkar Linux adlı ticarət nişanını qeydiyyatdan keçirtmişdi və bu məsələyə görə Torvalds-dan vəsait əldə etmək istəyirdi. Lakin daha sonra o öz fikrindən daşındı və Linux ticarət nişanının bütün hüquqlarını Torvalds-a verdi. Linux əməliyyat ssteminin rəsmi maskotu Tux pinqvinidir. Həmin maskot isə 1996-cı ildə keçirilmiş yarışma nəticəsində seçilmişdi. Tux adı isə Torvalds UniX mənasını verir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər