main-post-cover

    Firefox 69-da Flash plagini standart olaraq deaktiv edilmiş şəkildə olacaq

    Digər
    Code-News
    17.06.2019
    Farid Pardashunas


        Mozilla şirkəti Firefox Nightly-də Flash kontentin standart olaraq işə düşməsi fuinksiyasını deaktiv etdi. Bu barədə Opennet.ru saytı xəbər verib. 3 sentyabr tarixində təqdim olunacaq FireFox 69-dakı Adobe Flash Player plaginin ayarlarından daimi standart flash aktivasiyası özəlliyi çıxardılacaq. Sadəcə olaraq Flash-in deaktivasiya imkanı ilə konkret saytlar üçün individual aktivləşmə özəllikləri öz yerlərində qalacaqlar.
        Firefox-un ESR budaqlarında Flash-in dəstəyi 2020-ci ilin sonunadək qalacaq. Flash dəstəyinin dayandırılması üzrə qərarı Google şirkəti də bir neçə müddət bundan öncə vermişdi və bu qərarın Chrome 76-da reallaşacağı gözlənilir. Flash dəstəyinin mərhələli dayandırılması Adobe şirkətinin 2020-ci ildə Flash dəstəyinin tamamilə dayandırlması qərarı üzrə gedir. Flash API NPAPI-nin artıq köhnəlmişlər siyahısına əlavə olunmasından sonra Firefox-da dəstəklənən sonuncu NPAPI plagindir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər